
Siysasi manipuliyasiya: İrəvan sülhdə səmimidir?
10:21 29.11.2023
Aktual
609
Siyasi iradə olarsa, 15 gün ərzində Bakı ilə sülh müqaviləsi bağlana bilər.
“Sputnik Armenia”ya xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.
“Deyə bilərəm ki, biz demək olar bütün fundamental məsələlərdə razılığa gəlmişik. Prosesə zərər verməmək üçün bu barədə təfərrüatları açıqlamaq istəmirəm”, - Simonyan jurnalistlərə deyib.
Mövzu ilə bağlı danışan Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov “Sherg.az”a bildirib ki, Vətən müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün əlverişli şərait yaranıb:
“Azərbaycan tərəfi ilk dəfə olaraq İrəvan hakimiyyətinə sülh müqaviləsinin şərtlərini açıqlayıb. Bu beş maddəlik prinsiplər sülh və dövlətlərarası münasibətlərin tənzimlənməsi üçün baza rolunu oynayır. Ermənistan bu təklifləri qəbul etdikdən sonra prosesi tormuzlamaq, qarşısını almaq, kənar geosiyasi mərkəzləri regiona dəvət etmək istiqamətində fəaliyyət göstərdi. Paşinyan və komandası düşünürdü ki, bununla nəyəsə nail ola biləcək. Lakin əlbəttə ki kənar geosiyasi mərkəzlər arasında sülh müqaviləsinin imzalanması üçün mübarizə tamamilə başqa şərtləri tələb edir. Moskva, Bürüssel və Vaşiqton arasında rəqabət bu gün özünün ən pik həddinə çatıb”.

Politoloq baş verənlərə baxmayaraq Azərbaycanın siyasi gündəliyinin dəyişmədiyini vurğulayıb:
“Prezident İlham Əliyev sülhə sadiqliyini hər daim bildirir. Digər tərəfdən Azərbaycanın 11 sentyabr 2023-ci il tarixində sülh müqaviləsinin maddələri ilə bağlı Ermənistana irəli sürdüyü şərtlər konkteksində Ermənistan tərəfindən cavabda gəlib. Bu cavab 70 gün geciksə də, Azərbaycan lokal xarakterli antiterror tədbirləri ilə öz konsion qurluşunu və suverenliyini tam bərpa etdi. Ermənistanın spikeri Alen Simonyanın 15 gün ərzində Bakı ilə sülh müqaviləsinin imzalanması barədə açıqlamalarının gerçəkləşmə ehtimalı rəsmi İrəvanın konsturiktiv mövqe nümayiş etdirməsinə bağlıdır. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü qəbul etdikdən sonra bütün şərtləridə qəbul edəcəksə, sülhə doğru çox önəmli addım atılmış olacaq. Baxmayaraq ki, regionda sülhü istəməyən qüvvələr kifayət qədərdir. Bölgədəki sabitliyi pozmaq, revanşizmi gücləndirmək, Ermənistanı silahlandırmaq, qüvvələr balansında irəli çəkmək istəyən qüvvələrin də sayı hədsiz çoxdur. Belə olan halda Ermənistanın sülhə doğru meyilli olması və cəmi 15 gün ərzində müqavilənin imzalanmasının ehtimalı olduğunun səmimiyyətinə inanmaq çətindir. Düşünürəm ki, bu növbəti siyasi manipulyasiyadır. Sülhə sadiqlik haqqında verilən müsbət mesajların arxasında Ermənistanın hər zamankı çirkin addınmlarından birinin şahidi ola bilərik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual