Sumqayıtda 280 şagirdlik internat gimnaziyada 720 uşağın qeydiyyatda olduğu müəyyən edildi
10:40 29.11.2023
Sosial
598
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Qrupu (MPQ) tərəfindən Sumqayıt şəhərində yerləşən internat tipli gimnaziya, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəb və inteqrasiya təlimli internat tipli gimnaziyada monitorinqlər aparılıb.
Trend Ombudsman Aparatına istinadən xəbər verir ki, Sumqayıt şəhər İnternat Tipli Gimnaziyada keçirilmiş monitorinq zamanı 280 şagird yerlik müəssisədə sıxlığın yaşandığı, 720 uşağın qeydiyyatda olduğu müəyyən edilib.
Bildirilib ki, məktəb yataqxanasında 30 məcburi köçkün ailəsinin məskunlaşması da sıxlığa təsir edən amillərdəndir.
Qeyd edilib ki, müəssisənin, xüsusilə də onun yataqxanasının təmirə əsaslı ehtiyacı olduğu, hamam otağının olmadığı, işıqlandırma ilə bağlı məsələnin təkmilləşdirilməsinə zərurət olduğu müəyyən edilib.
“Sumqayıt şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəbdə ibtidai sinif şagirdləri istisna olmaqla, digər şagirdlərin xüsusi dərs vəsaitləri ilə təmin edilməsində çətinliklər aşkar olunub. Müəssisə sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulsa da, infrastrukturun müyəssərliyinin təmin edilmədiyi, pandusların quraşdırılmadığı, məktəbin yeməkxanasında havalandırma sisteminin olmadığı müşahidə edilib.
Monitorinqlər çərçivəsində uşaqlarla görüş keçirilib, onlara Ombudsmana müraciət imkanları və üsulları barədə məlumat verilib.
Yekunda müəssisə rəhbərləri ilə söhbətlər aparılıb, çatışmazlıqların aradan qaldırılması istiqamətində tövsiyələr verilib, eyni zamanda, hər üç müəssisənin nizamnaməsinin yenilənməsinə ehtiyac olduğu diqqətə çatdırılıb.
Başçəkmənin nəticəsi ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciət olunacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual