
Yeni dünya düzəni: Qərb Rusiya üçün hansı ssenariləri yazıb?
11:00 29.11.2023
Dünya
671
Postsovet məkanı, orada baş verən proseslər Rusiyanın milli təhlükəsizliyi və gələcəyi üçün çox mühümdür. Bunu həm biz, həm də düşmənimiz anlayır. Son zamanlar kollektiv Qərb dağıdıcı proseslərə başlamaq və Rusiyanı prioritet maraqları zonasından çıxarmaq üçün fəaliyyətini maksimum dərəcədə gücləndirib.
Bunu rusiyalı politoloq İqor Korotçenko deyib.
“Bu baxımdan 2024-cü il hər şey baxımından taleyüklü il olacaq. Rusiya, onun müttəfiqləri və tərəfdaşları milli maraqların qorunmasında səylərini birləşdirməli və bütün sahələrdə - KTMT, MDB, Aİİ-də qarşılıqlı fəaliyyəti gücləndirməlidirlər”, - o bildirib.
Rusiyanın hazır ki vəziyyətini "Sherg.az"a dəyərləndirən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov bildirib ki, İkinci Qarabağ müharibəsi, sonrasında Qazaxıstanda baş verən hadisələr və Ukraynadakı münaqişələr əslində Qərb tərəfindən Rusiyaya qarşı işlənmiş ssenarinin icrası idi:
“Aydın məsələdir ki, dünyanın yenidən dizayn olunması heçdə asan iş deyil. Xəritələr yenidən cızılır, nüfuzlar bölünür. Ona görədə bu proses həm ağrılı keçir həm də dünya siyasi sisteminə ciddi təsir edir. Baş verənlərin gedişatını izlədikdə Qərb ölkələrinin Rusiyanı blokadaya almasının şahidi oluruq. Onlar Rusiyanı dünya siyasi sistemindən təcrid etməyə çalışırlar”.

S.Hümbətov Qərbin Rusiyanı seçim qarşısında qoyduğunu söyləyib:
“Qərb Rusiyaya mesaj verir ki, ya qabığına çəkilmiş bir dövlət olmalı və regional, qlobal aktiv olmaq iddasından əl çəkməlisən, yada biz səni bir formada sıradan çıxaracağıq. Bunun da ən yaxşı yolu onun possovet məkanındakı təsir və nüfuzunu yox etməkdir. Rusiya possovet məkanında güclü bir dövlət idi. Yavaş-yavaş onların imkanları tükənir. Çünki yeni-yeni konfiqurasiyalar yarandıqca possovet məkanından olan digər dövlətlərin öncülük etdiyini görürük. Rusiyada səsini çıxara bilmir. Hazırda Rusiyanın ciddi problemləri var. Kollektiv Qərbdə Kreml hakimiyyətinin çətinliklərini yaxşı bilir və yaranmış fürsəti əldən verməməyə çalışırlar. Moskva ciddi təzyiqlər altındadır. Əgər hazırki hakimiyyət ağıllı və çevik addımlar atmasa, Rusiya parçlanma təhlükəsi ilə üzləşə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region