Kaledoniya Birliyinin sədri Makrona açıq məktub göndərib
14:57 15.12.2023
Gündəm
395
Kaledoniya Birliyinin sədri, FNKLS-nın mətbuat katibi Daniel Qoa Fransa Prezidenti Emmanuel Makrona və fransalı nazirlərə açıq məktub göndərib.
APA xəbər verir ki, 10 səhifəlik məktubda 1853-cü ildən Fransanın Yeni Kaledoniyada hökmranlıq etdiyi vurğulanır.
Bildirilir ki, Fransa hökuməti tərəfindən Kaledoniyaya məqsədli şəkildə köçürülən insanlar onları xalq kimi tanımır:
“Sizin üçün demokratiya seçki hüququdur, bizim üçün isə demokratiya ənənəvi qəbilə dəyərlərinə hörmət edilməsidir.
Fransa bizim üçün nümunə götürüləcək mənbə deyil. Sizin siyasətiniz bizim məhvimizə hesablanıb. Amma siz bizi məhv edə bilməyəcəksiniz. Vaxt gələcək biz sizin qarşınızda olacağıq.
Bizim ərazilərin dekolonizasiya olunmasına dair 1957-ci ildə imzaladığınız sənəddə götürdüyünüz öhdəliklərə əməl eləmirsiz.
Fransa prezidenti bir şeyi deyir, amma tamamilə əksinə addımlar atır.
Demokratiya qeyri-qanuni işğal etdiyiniz ölkəni tərk etməyi tələb edir”.
Məktubda o da vurğulanır ki, dekolonizasiya fundamental insan hüququdur, bu, ədalət, insanlıq və demokratiyanın tələbidir: “Fransa Sakit Okean regionunda Yeni Kaledoniya, Fransız Polineziyası, eləcə də Vallis və Futunasız heç nədir və Fransa heç bir zaman Okeaniyada qüvvə olmayacaq. Çünki, bu ölkələr sizin deyil.
Siz güclə bizim ictimaiyyətimizi dəyişməyə çalışırsınız. Xatırladaq ki, sizin müstəmləkəçiliyiniz qətillər, xəyanətlər, talanlar, oğurluq, bizə qarşı hörmətsizlik, əhalimizin köçürülməsi, azadlığımızın alınması, məcburi qovulmağımız və bizi məhv edən gətirdiyiniz xəstəliklər vasitəsilə reallaşdırılıb.
Fransa təbii sərvətlərimizi talan edib, baha qiymətə satır”.
Açıq məktubda Fransaya qarşı tələblər də irəli sürülüb:
“Ləyaqətimizi özümüzə qaytarın. Çünki bu sizin fəxr etdiyiniz insan hüquqlarının tələbidir.
Bizə azadlığımızı qaytarın. Çünki bu insanlığın tələbidir.
Bizi dekolonizasiya edin. Çünki bu tarixi ədalətin bərpa edilməsidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media