
Ekspert: Sərbəst şəkildə şagird qəbulu daha məqsədəuyğundur
13:52 22.04.2024
Elm və Təhsil
621
Bakıda fəaliyyət göstərən 157 ümumi təhsil müəssisəsində I sinfə qəbul prosesində prioritet tətbiq olunacaq.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Qeyd edilib ki, məktəblərə şagird qəbulu sərbəst formada və prioritetə (üstünlük hüququ) əsasən aparılacaq. Sərbəst formada şagird qəbulu aparılan məktəblərə valideynlər şəxsi kabinet vasitəsilə məktəb və müəllim seçimini birbaşa edəcəklər. Prioritet (valideyn və ya uşağın məktəbin müəyyənləşdirilmiş ərazisinə (dislokasiya) qeydiyyatı olmalı, bacı-qardaşı həmin məktəbdə hazırda təhsil almalı, valideynlərindən biri həmin məktəbdə çalışmalı) üzrə valideynlər isə ilk növbədə müəyyən edilmiş müddətdə (Azərbaycan bölməsi üzrə 3 may-3 iyun 2024-cü il, tədrisi digər dillərdə aparılan bölmələr üzrə isə 12 iyun-12 iyul 2024-cü il tarixlərində) üstünlük hüquqlarından biri əsasında sorğu yerləşdirə bilərlər. Prioritetlərin tətbiqi yaşayış sıx olan ərazilərdə valideynlərin məktəb seçimini asanlaşdırmaq məqsədlərinə xidmət edir. Qeyd edək ki, müvafiq müddət başa çatdıqdan sonra üstünlük hüququ tətbiq olunan məktəblərdə boş qalan şagird yerlərinə sərbəst qəbul (tədrisi digər dillərdə olan və müsabiqə yolu ilə qəbul aparılan liseylər istisna olmaqla) aparılacaq. Məlum olduğu kimi, mayın 1-də 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu üzrə uşaqların qeydiyyatına www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə start veriləcək.
Məsələni dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri "Sherg.az"a söyləyib ki, bu qaydanın mənfi və müsbət tərəfləri var:

"Belə ki, bu metod günümüzdə ümum təhsil müəsisələrində əsas problemlərdən biri olan şagird sıxlığının, şagirdlər arasında sosial bərabərsizliyin və müəyyən qruplaşmanın qarşısını alacaq. Fikrimcə, priotritet deyil, sərbəst şəkildə şagird qəbulu daha məqsədəuyğundur. Uzun illərdir ki, sistem bu qaydada davam edib və valideynlərin işini asanlaşdırırdı. Məsələn, valideynlərə Yasamal rayonu uyğundur, lakin Xətai ərazisində qeydiyyatdadır. Priotritet qaydada isə vəziyyət dəyişəcək. Əlavə olaraq bacı-qardaşdan birinin seçəcəkləri məktəbdə oxuması da şərt kimi qoyulur. Regionlardan paytaxta axın həddindən artıq çoxdur, balanslılıq ciddi şəkildə pozulur. Sosial rifah axtarışında olan şəxslər Bakıya axın edir. Dislokasiya qaydaları priotritet tətbiqlər sıxlığın qarşısını alacaqdı. Təcrübələrimə əsasən, birinci sinifə qəbul prossesində valideyn məktəb seçimi zamanı diqqət etdiyi məqam iş yeri ilə məktəb arasındakı məsafədir. Bunu anlamaq olar. Çünki söhbət 6 yaşlı uşaqdan gedir. Onu məktəbə aparıb gətirmək lazımdır. Bu da 99 faiz valideynin boynuna düşür. 157 məktəbdə prioritet qaydanın tətbiqi valideynlərin işini çətinləşdirəcək. Adətən, pilot layihələr az sayda məktəbdə tətbiq olunur. Yəni, məktəbin yarısının bu metodda fəaliyyəti gələn ildən bütün məktəblərdəki qəbul prossesində prioritet formada aparılacağını göstərir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya
Yer kürəsində maqnit fırtınası qeydə alınıb
14:41 16.05.2026
Dünya
Üztanıma ilə ödəniş sistemində problem yaranıb? - ADY
14:24 16.05.2026
Cəmiyyət
Peskov institutda türk dilini necə öyrənməsindən danışıb
13:40 16.05.2026
Dünya
Yağış yağacaq, şimşək çaxacaq
13:27 16.05.2026
Ekologiya
WUF13-də iştirak üçün 40 000-dən çox şəxs qeydiyyatdan keçib
12:46 16.05.2026
Gündəm
Faktiki hava açıqlanıb
12:33 16.05.2026
Ekologiya
Tramp: Kuba tənəzzül içindədir və yardıma ehtiyacı var
12:05 16.05.2026
Dünya
Kambocanın Baş nazirinin müavini Azərbaycana səfərə gəlib
11:39 16.05.2026
Siyasət
Trampdan İranın kapitulyasiyası ilə bağlı bəyanat: "Şübhəm yoxdur"
11:28 16.05.2026
Dünya
Putinin Çinə səfərinin tarixi bəlli oldu
11:16 16.05.2026
Dünya
Ərdoğan Trampla danışdı, əməliyyat ləğv edildi...
11:03 16.05.2026
Dünya