Aİ lideri: Ukrayna ilə imzalanacaq saziş Rusiyadan qorxmadığımızı ifadə edən mesajdır
Aİ lideri: Ukrayna ilə imzalanacaq saziş Rusiyadan qorxmadığımızı ifadə edən mesajdır
12:07 27.06.2024
Dünya
518
"Ukrayna ilə imzalanacaq təhlükəsizlik sazişi o mesajı verir ki, bizim yardımımız ehtiyac olduğu müddətdə davam edəcək. Bu saziş bizim yardım məsələsində konkret olmağımızın göstəricisidir".
APA xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə jurnalistlərə açıqlamasında deyib.
"Bizim Ukrayna ilə üzvlük danışıqlarımız başlayıb, bu, Aİ-nin, Ukrayna hökumətinin və xalqının qətiyyəti və qərarlılığını nümayiş etdirir".
Aİ Şurasının Prezidenti Şarl Mişel deyib ki, digər vacib məqam Ukraynaya daha çox hərbi və maliyyə yardımı ilə bağlıdır və bu yardımlar davam etməlidir. O, Aİ ölkələrinin Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlirlərin Ukraynaya ayrılması ilə bağlı qərarını xatırladaraq bunu vacib olduğunu deyib.
"Bu qərar bizim Rusiyadan qorxmadığımızı ifadə edən bir mesajdır. Biz anlayırıq ki, Ukrayna gələcəyi üçün savaşır və biz də ortaq dəyərlərimiz, sülh, təhlükəsizlik və rifahla bağlı ortaq arzularımız üçün savaşırıq", - Şarl Mişel vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:09 18.11.2026
Dünya
Dövlət qulluğu üzrə daxili müsahibə elanı ləğv olunub
17:29 18.11.2026
Aktual
Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib
17:06 18.11.2026
Media
Numan Kurtulmuş Özgür Özəli ziyarət edəcək
16:57 18.11.2026
Siyasət
Bakıda və bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
16:54 18.11.2026
Ekologiya
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayılıb
16:30 18.11.2026
Dünya
Putin və Tramp Çində ayaqüstü söhbət ediblər
16:13 18.11.2026
Gündəm
Kino Agentliyi “Azərbaycanfilm” kinostudiyasına köçürüləcək
16:07 18.11.2026
Mədəniyyət
Yeni dünya düzəni qurulmur, Putinə isə imic lazımdır - ŞƏRH
16:04 18.11.2026
Gündəm