Türkiyə-Ermənistan münasibətləri: Keçmişə nəzərən gələcək siyasətin formalaşması - Təhlil
Türkiyə-Ermənistan münasibətləri: Keçmişə nəzərən gələcək siyasətin formalaşması - Təhlil
15:06 03.10.2024
Dünya
552
Türkiyə və Ermənistan münasibətləri XX əsrin əvvəllərindən mürəkkəb olub. Bu münasibətlərin əsasını Osmanlı İmperiyasında 1915-ci ildə baş vermiş hadisələr təşkil edir. Ermənistan bu hadisələri “soyqırım” olaraq tanısa da,Türkiyə bu iddiaları rədd edərək olayları “qarşılıqlı itkilərlə nəticələnmiş müharibə şəraiti” kimi xarakterizə edir.1915-ci il hadisələri uzunmüddətli gərginliyə səbəbiyyət verdi. Lakin 1991-ci ildən sonra Türkiyə Ermənistanla diplomatik əlaqələr qurmamağı seçdi. 1993-cü ildə Ermənistanın Azərbaycan ərazilərinin işğalına cavab olaraq Ermənistan ilə olan sərhədləri bağladı. Sərhədlərin bağlanması hələ də qüvvədədir. Bu, Ermənistan iqtisadiyyatına mənfi təsir göstərən əsas amillərdən biridir. Buna baxmayaraq, münasibətlərin normallaşması naminə, 2009-cu ildə tərəflər yenə bir araya gələrək bir sıra addımlar atdı. Nəticə etibarı ilə “Sürix” protokolları imzalandı. Bu protokolun əsasını hər iki dövlətin diplomatik əlaqələr qurması və sərhədlərin açılması daşıyırdı. Lakin bəlli səbəblərdən bu razılaşmalar təsdiqlənmədi. Türkiyə-Ermənistan arasında dialoq cəhdləri 44 günlük müharibədən sonra yenidən aktuallaşdı. Türkiyə və Ermənistandan olan diplomatik nümayəndələr təyin olunaraq bir sıra görüşlər keçirdilər və bir sıra sektorların bərpası üçün addımlar atıldı. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşiniyan sentyabrın 24-də Nyu-Yorkda görüşdü. Lakin münasibətlər hələ normallaşmayıb.
Türkiyə-Ermənistan münasibətlərini proqnozlaşdırarkən bir sıra amillər önə çıxır. Onlardan ilki “regional geosiyasət”dir. Cənubi Qafqazda güclənən Rusiya, Qərb və İranın maraqları, Türkiyə və Ermənistan münasibətlərinə təsir göstərəcək. Bu ərazidəki təhlükəsizlik məsələləri, enerji layihələri və nəqliyyat dəhlizləri, hər iki ölkəni əməkdaşlığa sövq edəcək. İkincisi isə “Azərbaycan faktoru”dur. Türkiyə hər zaman Ermənistanla əlaqələr zamanı Azərbaycanın mövqeyini nəzərə alıb və alacaq. Türkiyə-Ermənistan münasibətlərinin inkişafı Azərbaycan-Ermənistan münasibətlərindən asılıdır. Üçüncü faktor “daxili siyasət və cəmiyyətin mövqeyi”dir. Ermənistanda diasporun və millətçi qrupların rolu, Türkiyədəki millətçi çevrələrin mövqeyi bu münasibətlərə təsir edəcək.
Fikrimcə, gələcəkdə, Türkiyə-Ermənistan əlaqələri normallaşa bilər. Bunun nəticəsində Türkiyə ilə sərhədləri açılar və Ermənistanla ticarət əlaqələri qurular. Hətta gələcəkdə daha geniş diplomatik münasibətlər formalaşar. Tarixi məsələlər kökündən həll olmasa da, nəqliyyat sahələrində əməkdaşlıq hər iki ölkə arasındakı gərginliyi aradan götürər.
Kəhlik Nəbiyeva,
Azərbaycan Universiteti
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat