“Brexit” Böyük Britaniyanın ixracını 27 milyard funt sterlinq azaldıb
Yusif Nəzərli
18:20 18.12.2024
İqtisadiyyat
523
London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (LSE) nəzdində fəaliyyət göstərən İqtisadi Performans Mərkəzinin (CEP) hesabatına görə, “Brexit” nəticəsində Böyük Britaniyanın ixracı 27 milyard funt sterlinq azalıb.
AZƏRTAC xəbər verir ki, CEP-in hazırladığı hesabatda qeyd olunur ki, ən böyük zərər kiçik bizneslərə dəyib. Bildirilib ki, 2022-ci ildə Böyük Britaniyadan ixrac olunan malların ümumi dəyəri təxminən 27 milyard funt sterlinq (6,4 faiz) azalıb.
2021-ci ilin yanvarından sonra Avropa İttifaqına ixrac edən təxminən 14 faiz (təxminən 16 min 400) Britaniya şirkətinin ixracatını dayandırdığı müəyyən edilib. Hesabat üçün 100 mindən çox şirkətin məlumatlarından istifadə edilib.
Hesabatda “Brexit”in ticarətə və kiçik bizneslərə mənfi təsirləri vurğulanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya