Azad söz təzyiq altında: Avropa fikir azadlığında yeni məhdudiyyətlərlə qarşılaşır
Yusif Nəzərli
04:00 18.05.2025
Dünya
453
İfadə azadlığının rəsmi olaraq ayrılmaz hüquq kimi qəbul edildiyi Avropada fikirləri əsas cərəyana uyğun gəlməyənlərə qarşı təzyiq halları getdikcə artır. Finlandiya və Böyük Britaniyadan daxil olan hallar dövlət qurumlarının son vaxtlara qədər demokratik cəmiyyətdə ağlasığmaz görünən tədbirlərə necə əl atmağa başladığını göstərir.
"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın nüfuzlu "The Economist" jurnalı yazıb.
Finlandiyada sabiq daxili işlər naziri və parlament üzvü Pyayvi Ryasyanen sosial şəbəkələrdə ölkənin lüteran kilsəsinin LGBT paradında iştirakını tənqid etdiyinə görə illərlə davam edən cinayət təqibinə məruz qalıb. O, bu mövqeyini günah və utancla bağlı İncil mətnlərinə istinad edərək əsaslandırmışdı. 2019-cu ildəki bu paylaşım, polis dindirilmələrindən tutmuş, Ali Məhkəmədə işin yenidən baxılması ehtimalına qədər gedən 6 illik məhkəmə çəkişməsinin başlanğıcı olub. Halbuki birinci və apellyasiya instansiyaları onun lehinə qərar vermişdi.
Oxşar narahatlıq doğuran tendensiyalar İngiltərədə də yaranır. 2024-cü ilin yanvarında polis Maksi Allen və onun həyat yoldaşını qızlarının ibtidai məktəbini tənqid edən elektron məktublara görə həbs edib. Cütlük səkkiz saat saxlanılıb, evləri isə axtarışa məruz qalıb. Bu vəziyyət nə qədər absurd görünsə də, “təhqiramiz davranış” anlayışının necə geniş şərh olunduğunu və şəxsi yazışmalara polisin müdaxiləsinin mümkünlüyünü nümayiş etdirir.
Avropanın bir çox ölkəsində söz azadlığı faktiki olaraq "məsuliyyətlilik" və "başqalarını təhqir etməmək" kimi qeyri-rəsmi çərçivələrlə məhdudlaşdırılır. Qanunvericilik təkcə azlıqları deyil, həm də siyasi liderləri qoruyur: məmurların tənqidi bəzən cinayət məsuliyyəti yarada bilər. Məsələn, Almaniyada iqtisadiyyat naziri Robert Habek ünvanına deyilmiş təhqirlərə görə təxminən 800 şikayət ərizəsi yazıb.
Avropa İttifaqı (Aİ), həmçinin Rəqəmsal Xidmətlər Aktı (DSA) vasitəsilə onlayn məzmun üzərində nəzarəti gücləndirir və əsas platformalardan “vətəndaş müzakirəsinə potensial mənfi təsirləri” nəzərə almağı tələb edir.
Avropada söz azadlığı hələ də qanunla təsbit olunub, amma reallıqda o, fikir bildirmək hüququ ilə “təhqir etməmək” hüququ arasında məhdudlaşdırılır. ABŞ daha mütləq yanaşmaya əl atsa da, Avropa modeli getdikcə daha çox nizama salınır, bu isə açıq dialoqa ziyan verir. Pyayvi Ryasyanen qeyd edib: "Biz razılaşmamağı öyrənməliyik - bu, demokratiyadır."
Qəribəsi odur ki, Almaniya, Fransa və Skandinaviya ölkələri də daxil olmaqla bir çox Avropa hökumətləri söz azadlığının məhdudlaşdırılmasını başqa ölkələrdə sərt şəkildə qınayır və beynəlxalq aləmdə özlərini demokratik dəyərlərin müdafiəçiləri kimi təqdim edirlər. Lakin eyni hökumətlər öz vətəndaşlarına qarşı fərqli fikirlərə görə cinayət işləri açır, cərimələyir, həbs edir və hətta azadlıqdan məhrumetmə cəzaları verirlər. Bu ikili yanaşma Avropanın söz azadlığına və fikir plüralizminə nə dərəcədə sadiq olduğu ilə bağlı getdikcə daha çox sual doğurur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm