Bakıda ata iki yaşlı oğlunu öldürmək istədi
11:32 11.08.2020
Hadisə
726
Avqustun 5-də, saat 14 radələrində Səbail rayonu ərazisində Emil Kazıyevin 2018-ci il təvəllüdlü oğlu Ömər Şabanova bıçaq xəsarətini yetirməsi, daha sonra özünün də bədənin müxtəlif nahiyələrinə xəsarətlər yetirməsi barədə Səbail rayon Polis İdarəsinə məlumat daxil olub.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, həmin məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilməklə, zəruri prosessual hərəkətlər keçirilmiş və fakta görə Səbail RPİ-də Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Aparılmış istintaq zamanı Emil Kazıyevin bıçaqla boğaz nahiyəsini kəsərək köməksiz vəziyyətdə olan azyaşlı oğlu Ömər Şabanovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edildiyindən, 10.08.2020-ci il tarixdə iş üzrə əməl Cinayət Məcəlləsinin 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd) maddəsinə tövsif edilməklə cinayət işi Səbail Rayon Prokurorluğu tərəfindən icraata qəbul edilib.
Rayon prokurorluğunun müstəntiqi tərəfindən Emil Kazıyevin barəsində “ittiham elan edilməsi üçün tutulması” haqqında qərar qəbul edilib, lakin sonuncunun xəstəxananın reanimasiya şöbəsində stasionar müalicə almasını nəzərə alaraq, hazırda təqsirləndirilən şəxs qismində cəlb olunması mümkün olmayıb.
Qeyd edilməlidir ki, hazırda Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən azyaşlı Ömər Şabanovun şəxsiyyət kimi formalaşmasına, habelə onun mənəvi inkişafına, fiziki və psixi sağlamlığına təsir edən amillər, ümumilikdə maddi-məişət şəraiti hərtərəfli yoxlanılır və araşdırmanın nəticəsindən asılı olaraq Ömər Şabanovun gələcək həyat şəraiti, qulluq və qayğı vəziyyəti ilə bağlı qanuni tədbirlərin görülməsi təmin ediləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual