Bakını bürüyən atəş səsləri: Kimlərdir bu “Cahandar ağalar”?! – Silahlar yığılsın
Fidan Həmişəyeva
13:49 12.04.2021
Hadisə
1001
Aprelin 10-da Bakıda silahlı insident baş verib. Hadisə Yeni Yaşamal yaşayış massivində qeydə alınıb. Əsəd Əhmədov küçəsində 99-VH-886 dövlət nişanlı "Chevrolet" markalı avtomobilə atəş açılıb. İdarəetməni itirən sürücü nəqliyyat vasitəsini dərədən aşağı aşırıb. Hadisə yerinə Yasamal Rayon Polis İdarəsi və 29-cu Polis Şöbəsinin əməkdaşları cəlb edilib.
Bakıda dünən gecə saatlarında daha bir atışma baş verib. Hadisı Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 22 yaşlı Nurməmməd Səfərov yanında doqquz nəfər tanışı ilə birgə həmyerlisi 64 yaşlı Əli Məmmədovun evinin qarşısına gəlib.
N.Səfərov Ə.Məmmədovu təhqir edərək evindən çıxıb küçəyə gəlməsini istəyib. Ə.Məmmədov isə tüfənglə havaya üç dəfə atəş açıb və bu zaman qırmalardan bir neçəsi N.Səfərova dəyib. N.Səfərov xəsarətlə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Baş verən hər iki hadisədə diqqət çəkən əsas məqamlardan biri adi vətəndaşların silahdan istifadə etməsidir. Əlinə silah alan hər kəs ondan rahatlıqla istifadə edib, təhlükəli durum yaradır. Maraqlıdır, bu cür hallara nəzarət necə olmalıdır?
Sabiq millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə “Sherg.az”a bildirib ki, cəmiyyət var olduqca belə cinayətlərə rast gəlinməsi mümkündür:
“Ölkəmizdə cinayətkarlığa qarşı mübarizə yüksək səviyyədədir. Bu gün Azərbaycan ictimai-siyasi baxımdan ən stabil ölkələrdən biridir. Lakin hər ölkədə olduğu kimi bizdə də belə hallar baş verəcək. Xüsusilə əvvəllər cinayət törətmiş şəxslər tərəfindən belə aqressivlik və cinayətlər tez-tez olurdu. Son iki hadisə ilə bağlı da araşdırma aparılsa, həmin şəxslərin sıradan biri olmadıqları meydana çıxacaq.
Amma baş verənlərdə nəsə axtarmaq lazım deyil. Yəni, “Niyə ölkəmizdə belə hallar yaşanır?”, “Nə üçün silahlı atışmalar olub?” kimi sualların bir cavabı var. Bu da cəmiyyətin içində bəzi şəxslərin öz fikirlərini aqressiv formada bildirmələridir. Belə hadisələr hər zaman baş verəcək. Kütləvi hal və hansısa qruplaşamaların iş deyil ki, narahatlıq keçirək. Daxili İşlər Nazirliyi (DİN) və prokurorluq orqanları ciddi mübarizə aparırlar”.
Ç.Qənizadənin qənaətincə, nə qədər ki, əllərdə, kiminsə evində silah var, gec-tez ondan istifadə ediləcək:
“Ataların belə bir deyimi var: “Evdə olan hər hansı bir silah, nə vaxtsa açılacaq”. Əlbəttə, silahların olmaması, xüsusilə qadağan edilmiş silah-sursatlardan istifadə yaxşı hal deyil. Amma nəzərə alsaq ki, ölkəmiz son 30 ildə müəyyən proseslər və müharibələrdən keçib.
Bu baxımdan əllərdə hələ də silahların olması başa düşüləndir. Hesab edirəm ki, cinayət varsa, ona qarşı mübarizə və cəza da var. Ona görə də ölkəmizdə “niyə bu cür hallar baş verir” deyə ciddi araşdırma aparmağa lüzum görmürəm. Tək-tək belə hallar olur, o zaman da lazımi mübarizə aparılıb, tədbirlər görülür”.
Sabiq polis rəisi Mahmud Hacıyev isə bildirib ki, keçmişdə belə hallara daha çox rast gəlinirdi:
“1993-1995-ci illərdə bu cür insidentlər çox idi. Çünki o dövrlərdə qaçqınlarımız var idi, insanların böyük əksəriyyəri müharibə dövrü olanda özləri ilə silah gətirmişdilər. Zaman keçdikcə isə dövlət səviyyəsində tədbirlər keçirildi, hüquq mühafizə orqanları tərəfindən silahların xeyli hissəsi yığıldı.
5-6 ildir ki, mütəmadi olaraq yığılır. Lakin bu cür hallarla yenə qarşılaşmaq mümkündür. İnsanlar olan yerdə belə situasiyalar vaş verə bilər. Hər zaman hiss olunur ki, silah saxlamaq və əldə etmək Qafqaz camaatında var.
Azərbaycan da Qafqazın bir hissəsidir. Ölkəmizdə sayı az olsa da, silahı olan şəxslər var. Hüquq-mühafizə orqanları cinayət olduqda günahkarları ifşa edib, müvafiq cəza tətbiq edirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət