Əsgər cəsədinin yandırılması erməni barbarlığıdır
Turan
08:58 08.01.2021
Hadisə
658
Akif Nağı: "Erməni vəhşilərinin insanlıqdan kənar hərəkətləri bizi nə qədər qəzəbləndirirsə, beynəlxalq təşkilatların susqunluğu da bir o qədər hiddətləndirir"
Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Ermənistan hərbi qulluqçuları tərəfindən Azərbaycan əsgərinin meyitinin yandırılmasını əks etdirən videogörüntü ölkə ictimaiyyətinin kəskin hiddətinə səbəb olub. Baş Prokurorluq və Hərbi Prokurorluq tərəfindən aparılmış təhlil zamanı həmin videogörüntünün reallığı əks etdirməsi müəyyən edilib və cinayət işi açılıb.
Vurğulanıb ki, təqsirli şəxslərin müəyyən edilərək mövcud hüquqi mexanizm və beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilməsi istiqamətində bütün addımlar atılacaq. Prokurorluqdan təəssüflə bildirilib ki, Ermənistan tərəfi Azərbaycan hərbi qulluqçularına qarşı cinayətlərin törədilməsi faktlarına dair araşdırma aparmır. Cinayət törətmiş şəxslərin cəzalandırılmasından ötrü heç bir tədbir görmür.
Ermənilərin qandonduran barbarlığı ilə bağlı fikirlərini “Şərq”lə bölüşən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib ki, Azərbaycan xalqı erməni vandalizminin dəfələrlə şahidi olub. QAT rəhbərinin sözlərinə görə, erməni vəhşilərinin insanlıqdan kənar hərəkətləri bizi nə qədər qəzəbləndirirsə, beynəlxalq təşkilatların susqunluğu da bir o qədər hiddətləndirir:
“Dünya bu cür vəhşiliyə kor-lal qalır, münasibət bildirmir. İnanın, hansısa müsəlman ölkəsində belə alçaqcasına hərəkət yaşanmış olsaydı, hay-küyləri aləmi bürümüşdü. Hamısı insan haqlarından, barbarlıqdan dəm vurardı. Olayı dünya mediasının gündəminə çıxarar, beynəlxalq qurumların diqqətini bu məsələyə yönəldərdilər. Lakin bunların şahidi olmuruq, çünki vəhşilik erməni barbarları tərəfindən törədilib. Həyatını itirmiş bir əsgərin cəsədini yandırmaq nə deməkdir? Buna nə ad verək? Ermənilər hər gün öz mahiyyətlərini daha aydın şəkildə ortaya qoyurlar”.
A.Nağı vurğulayıb ki, videogörüntüdə vəhşilərin üzləri aydın görünür. Onların kimliyini müəyyən etmək çətin deyil:
“Rusiya sülhməramlılarının imkanlarından istifadə etməklə həmin ermənilərin tapılmasına və cəzalandırılmasına nail olmalıyıq. Düzdür, istintaq işləri gedir, amma 30 il ərzində onlarla erməni cinayətkarı beynəlxalq axtarışa verilsə də, heç birini məsuliyyətə cəlb etmək mümkün olmayıb. Terrorçu Araik Arutyunyan beynəlxalq axtarışa verilib, buna rəğmən Qarabağda sərbəst gəzir-dolaşır, hətta Yerevana gedir. Fərqli üsullardan istifadə etməliyik. Beynəlxalq məhkəmələri prosesə cəlb etməli, erməni cinayətləri ilə bağlı qərarın çıxarılmasına çalışmalıyıq. Videogörüntüləri dünya ictimaiyyətinə də çatdırmalıyıq ki, onlar da erməni vandalizmindən xəbərdar olsunlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol