Xəzərdə batan neftçinin axtarışlarına helikopter cəlb edildi - YENİLƏNİB
12:16 10.08.2020
Hadisə
710
SOCAR-ın “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” NQÇİ-nin stasionar dəniz özülündə operator vəzifəsində işləyən, 1975-ci il təvəllüdlü Kazımov Elşən Səfiyar oğlu dünən növbədə olan zaman itkin düşüb.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nazirliyin Aviasiya dəstəsinin helikopteri göyərtəsində Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedici-desant dəstəsi ilə axtarışlara cəlb olunub.
14:58
“Ötən gün “Abşeronneft” NQÇİ-nin 1100 saylı stasionar dəniz özülündə neft və qaz hasilatı üzrə operator işləyən Kazımov Elşən Səfiyar oğlu gündüz növbəsində olan zaman növbənin sonunda saat 19:00 radələrində iş yoldaşları tərəfindən onun özüldə olmadığı müəyyən edilib”.
Bu barədə Oxu.Az-a “Azneft” İstehsalat Birliyindən məlumat verilib.
Qeyd edilib ki, Kazımov Elşən axırıncı dəfə həmin gün saat 15:40 radələrində neft-qazçıxarma ustası Vidadi Əliyevə 1110 və 1111 saylı quyularda ölçmə işlərinin aparıldığı barədə məlumat verib.
“Sonradan onun çəkmələri qaldığı evciyin qarşısında, mobil telefonu stolunun üstündə, gödəkcəsi isə həmin yerin məhəccərində asılmış vəziyyətdə tapılıb, işçinin meydançada axtarışı aparılıb, lakin onu tapmaq mümkün olmayıb. İşçinin itkin düşməsi haqqında rəhbərliyə məlumat verilib, gəmilər və dalğıclar vasitəsilə ətraf ərazidə dənizdə axtarış işləri aparılıb.
Hazırda helikopter, gəmilər və dalğıclar axtarış işlərini davam etdirir”, - deyə, məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual