Qazaxda “Venzana” mebel fabrikinin açılışı olub
13:57 07.08.2023
Gündəm
491
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Qazaxda “Venzana” mebel fabrikinin açılışında iştirak edib.
APA xəbər verir ki, dövlət başçısına görülən işlər barədə məlumat verilib.
Qeyd olunub ki, fabrik “Saloğlu” mebel istehsalı müəssisəsinin nəzdində yaradılıb. “Saloğlu” müəssisəsi 2000-ci ildən mebel istehsalı və satışı sahəsində fəaliyyət göstərir. İstehsal olunan məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, həm də ixrac edilir. Daxili bazarda mebellər müəssisənin öz mağazalarında və bir çox rayonlarda yerləşən nümayəndəliklərdə istehlakçılara təklif olunur. Müəssisənin illik istehsal gücü 14 min 260 mebel dəstidir. Hazırda müəssisədə 425 nəfər işlə təmin olunub.
Qeyd edilib ki, “Saloğlu” müəssisəsinin istehsal fəaliyyətinin genişləndirilməsi məqsədilə Sahibkarlığın İnkişafı Fondundan 10 milyon manat güzəştli kredit ayrılıb. Eyni zamanda, pandemiyadan zərər çəkmiş iqtisadi fəaliyyət sahələrinə dövlətin dəstək proqramı çərçivəsində müəssisəyə 1,4 milyon manat yeni alınan bank kreditinə dövlət zəmanəti verilməklə, kredit faizinin bir hissəsi 3 il müddətinə subsidiyalaşdırılıb.
Digər dəstək mexanizmi kimi, müəssisəyə İqtisadiyyat Nazirliyi tərəfindən 2017-ci ildə “Müasir mebel istehsalının qurulması” layihəsi üzrə investisiya təşviqi sənədi verilib. Layihənin icrası çərçivəsində müəssisə tərəfindən 8,4 milyon manat dəyərində texnika, texnoloji avadanlıq və qurğular idxal olunub, müəssisə 1,8 milyon manat məbləğində vergi və rüsumlardan azad edilib.
“Saloğlu” müəssisəsi dünyanın aparıcı mebel şirkətləri ilə sıx əməkdaşlıq edir, mebel istehsalı sahəsində innovativ həllərin, qabaqcıl texnologiyaların və iş təcrübəsinin Azərbaycana gətirilməsi istiqamətində çalışır və tətbiq edir.
Bildirilib ki, “Saloğlu” mebel istehsalı müəssisəsinin nəzdində yaradılan “Venzana” mebel fabrikinin təməli Prezident İlham Əliyevin 2016-cı ildə Qazax rayonuna səfəri çərçivəsində qoyulub. İstehsal sahəsi 18 min kvadratmetr, investisiya dəyəri isə 30 milyon manat olan fabrik il ərzində 12 min dəst yataq, 6 min dəst qonaq otağı mebeli istehsal etmək gücündədir.
Müəssisədə istehsal olunan mebellərin daxili bazarla yanaşı, Rusiya, Qazaxıstan, Gürcüstan, Almaniya və digər ölkələrə ixracı nəzərdə tutulur. Fabrik işə düşdükdən sonra “Saloğlu” fərdi firmasında ümumilikdə 600 işçi çalışacaq. Layihənin davamı olaraq 20 hektar ərazidə ümumi dəyəri 27,2 milyon manat olan 4 yeni fabrikin (masa və oturacaq, süngər, metal məmulatları və döşək istehsalı fabrikləri) tikilməsi nəzərdə tutulur. Layihənin əsas hədəfi bu fabrikin, eləcə də ölkəmizdəki digər mebel istehsalı müəssisələrinin xammal tələbatının yerli istehsal hesabına təmin edilməsidir. Layihənin 2025-ci ildə tamamlanması planlaşdırılır.
Dövlət başçısı “Venzana” mebel fabrikini işə saldı və istehsal prosesi ilə tanış olub.
Qeyd edək ki, bu cür istehsal müəssisələrin istifadəyə verilməsi, onların ən müasir avadanlıqla təchiz edilməsi ölkəmizdə sənaye sahəsinin inkişafına əhəmiyyətli dərəcədə töhfə verir. Bu həm də daxili bazarın tələbatını ödəmək baxımından müstəsna əhəmiyyət daşıyır. Qeyri-neft sənayesinin şaxələndirilməsi, mövcud təbii və iqtisadi resursların dövriyyəyə cəlb edilməsi istiqamətində görülən işlər həm də yüzlərlə yeni iş yerinin açılmasına imkan yaradır. Belə istehsal sahələrinin yaradılması həm də onu göstərir ki, dünyada hökm sürən iqtisadi böhrana baxmayaraq, ölkəmizin sənaye potensialının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər uğurla davam edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə