
Elnur Aydın: Çox dərs yükü şagirdlərin yorğunluğuna, motivasiyanın azalmasına səbəb olur
12:18 31.10.2024
Elm və Təhsil
758
“İndiki dərs yükü otuz il əvvəlki dərs yükündən fərqlidir”.
Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“İndi təhsil alan uşaqlar 21-ci əsrin uşaqlarıdır. Bu uşaqlar gələcəkdə işləyəcəklər və buna indidən hazırlaşmalıdırlar. Uşaqlara erkən yaşdan vaxtı düzgün idarə etməyi öyrətmək lazımdır ki, dərs yükünün ağırlığından şikayət olmasın”, - deyə Məleykə Abbaszadə qeyd edib.
Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri buraxılış imtahanlarının vaxtı ilə bağlı məsələyə də münasibət bildirib:
"Buraxılış imtahanlarının vaxtı bütün nazirliklər və təhsil idarələrinin birgə qərarı verildikdən sonra ilin sonunda elan ediləcək".
Təhsil eksperti Elnur Aydın “Sherg.az”a bildirib ki, dərs yükünün çoxluğu həmişə yüksək savadlılıq səviyyəsinə gətirib çıxarmır:

“Çox dərs yükü şagirdlərin yorğunluğuna, motivasiyanın azalmasına səbəb olur. Stres və ruh düşkünlüyü yaradır. Bu da öyrənmə prosesinə mənfi təsir göstərir. Qloballaşan dünyanın, cəmiyyətimizin və dövlətimizin tələblərinə uyğunlaşmaq üçün təhsil hər zaman dəyişməyə və yenilənməyə məhkumdur. Son 30 ildə müqayisədə texnologiya, biliklər və ixtisaslaşma sahələri sürətlə inkişaf edib. İnkişaf Azərbaycan təhsilində yeni fənlərin, mövzuların əlavə olunmasına və fənlərarası yanaşmaların tətbiqinə səbəb olub. 30 il əvvəl tədris olunan klassik təhsil bu günün tələblərini ödəmir. Təhsildə STEAM əsaslı inteqrativ təhsilə, texnoloji, rəqəmsal bilik və bacarıqlara yiyələnməyə zərurət var.
Təəsüflər olsun ki, bu qədər dəyişmədən sonra belə bu gün də Azərbaycan məktəblisi PİSA beynəlxalq qiymətləndirməsində verilən suallara cavab verməkdə çətinlik çəkir. Dəyişimlər bir tərəfdən yaradıcı və digər tərəfdən isə dağıdıcı ola bilir. Bir tərəfdən dərs yükünü artırmağa məcbur qalsaq da, digər tərəfdən izafi yüklərin ağrılığı da var Azərbaycan məktəblisinin çiyinlərində. Ömürboyu həyatımızda rastlaşmayacağımız izafi bilik toplularının gələcək həyatımızda köməyimizə çatacaq bilik və bacarıqlarla əvəz olunmasına çalışmalıyıq. Dərs yükünün artması əslində zəruri ola bilər. Lakin dərs yükünün artması şagirdlərin psixoloji və fiziki gücünü nəzərə alaraq balanslaşdırılmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ qoşunlarının İrana müdaxiləsini istisna etməyib
22:42 17.09.2026
Gündəm
Slovakiyanın Baş naziri Ukraynaya səfər edəcək
21:25 17.09.2026
Gündəm
Bu, NATO-nun Rusiyaya qarşı müharibəsi deməkdir
21:14 17.09.2026
Aktual
Ermənistanda TRIPP layihəsinin icrası müzakirə olundu
21:03 17.09.2026
Cənubi Qafqaz
"Barselona"da ağır itki...
20:30 17.09.2026
Futbol
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
20:07 17.09.2026
Dünya
Bu ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina etdi
19:58 17.09.2026
Şou
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
19:50 17.09.2026
Dünya
Almaniyanın Tehrandakı səfiri XİN-ə çağırıldı
19:43 17.09.2026
Gündəm
Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi
19:35 17.09.2026
Aktual
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
19:27 17.09.2026
Cənubi Qafqaz
Bakı Limanında yükaşırma 3% artıb
19:10 17.09.2026
İqtisadiyyat
Rusiya və Çin ABŞ-nin hazırladığı İran layihəsini rədd etdi
18:54 17.09.2026
Dünya
Kiyevdə ardıcıl partlayışlar baş verdi
18:40 17.09.2026
Gündəm
Özbəkistan Məkkəyə hücumla bağlı bəyanat verdi
18:10 17.09.2026
Gündəm