“Tezliklə ofisim Xankəndidən fəaliyyət göstərəcək”.
Bu sözləri Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, millət vəkili Tural Gəncəliyev “Twitter” də paylaşıb.
O bildirib ki, hazırda şəhərdə yeni ofis binası üçün mümkün yerlər nəzərdən keçirilir:
“Etnik mənsubiyyətindən asılı olmayaraq, Xankəndi şəhərinin bütün sakinlərini təmsil edən bir millət vəkili olaraq onlara yaxşı xidmət etmək üçün əlimdən gələni edəcəyəm”.