AZALmayan dərdimiz... - Ekspert bilet qiymətlərindən şikayətçidir
Yusif Nəzərli
14:27 09.06.2023
İqtisadiyyat
1150
"AZAL haqqında çox danışmışıq, müzakirə aparmışıq, hətta Prezident də AZAL-dan publik şikayət edib. Amma heç nə dəyişmir. Büdcədən dotasiya alır, dövlət təyyarə ilə də təmin edir, həmçinin qiymətləri kəllə-çarxa qaldırsa da, rəsmən mənfəətlə işləmir".
Bunu "Sherg.az"a iqtisadçı Natiq Cəfərli AZAL-ın uçuş qiymətlərinin yüksək olmasından danışarkən deyib. Onun sözlərinə görə, hər bir mal və xidmət kimi təyyarə biletlərinin qiymət formalaşmasının öz hesablama qaydası, məntiqi var:
"Uçuş məsafəsi, sərf edilən avia-kerasin, qəbul edən hava limanının tarifləri, uçuş zamanı göstərilən xidmətlər, tələbat kimi amillər qiyməti formalaşdırır. Amma ən əsası uçuş məsafəsi və yanacaq sərfiyyatıdır. Çünki təyyarə ekipajı, maaşlar, çəkilən xərc eyni olur. Məsələn, 23 iyun-29 iyun tarixlərində Tbilisiyə bilet axtarırsan, normal uçuş qrafiki və cəmi 10 kq baqajla 617 manata (gediş-dönüş) bilet var. Eyni tarixdə eyni 10 kq baqajla Bakı-Aktau biletinin qiyməti isə 234 manatdır (gediş-dönüş). Bakıdan Aktauya hava yolu məsafəsi 380 km, Bakıdan Tbilisiyə hava yolu məsafəsi isə 448 km-dir – hava yolları arasında cəmi 68 km məsafə var. Yəni bu da fərqin olmadığı anlamına gəlir. Yaxşı, necə ola bilər ki, cəmi 68 km məsafəyə görə, bilet qiymətində fərq 2,5 dəfəyə yaxın olsun?! Qiymətlər arasında fərq 383 manatdır! Yəni Tbilisiyə 1 nəfərlik bilet qiymətinə Aktauya 2 bilet almaq olar. Hələ bir 150 manat da cibində pul qalar ki, bu vəsaitlə də 2-3 gün Aktauda yemək-içməyinin dəyərini də ödəyə bilərsən. İndi AZAL-dan kimsə deyə bilər ki, Tbilisiyə təlabat çoxdur, ona görə qiyməti də yüksəkdir. Bu o zaman keçərli arqument olardı ki, həmin istiqamətə AZAL-BUTA-dan başqa 2-3 ayrı şirkət də uçardı. Tələb, qarşılamaq, qiymətlər də düşərdi. Sərhədləri bağlı saxla, bazara başqa oyunçu buraxma, qiymətləri özün yüksək təyin et, sonra hələ bir ziyanla da işlə. Belə olmur, vallah. İnsan özünü təhqir olunmuş sayır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə