Qərbin tələsinə düşmək lazım deyildi - POLİTOLOQ
11:42 29.04.2024
Aktual
474
"Ukraynanın müharibənin gedişatında dönüş nöqtəsi yaratması çətin görünür”
ABŞ-dan 61 milyard dollarlıq yardım almasına baxmayaraq, Rusiyanın hücumuna qarşı dayanmaq üçün Ukraynanın hələ də orta müddətli maliyyə planına ehtiyacı var və bu planın da əsasını Rusiyanın dondurulmuş aktivləri təşkil etməlidir.
Bu barədə “Röyters” məlumat verib.
Agentlik bildirib ki, ABŞ-ın son yardım paketi təxminən gələn ilin sonuna qədər bəs edəcək, 2025-ci ilin sonunda Ukraynanın silahı yenə bitə bilər:
“Çoxillik maliyyələşdirmə planı isə bir sıra üstünlüklərə malikdir. İlk növbədə ABŞ-ın siyasi dalğalanmalarından müəyyən sığortalanmanı təmin edəcək. Bu, həm də ukraynalıların ruh yüksəkliyini artıracaq və Qərb silah istehsalçılarına istehsalı artırmaq üçün daha çox inam verəcək. Eyni zamanda, Rusiya Prezidenti Vladimir Putin Ukraynanın daha uzun illər tab gətirə biləcəyinə qərar verərsə, onun hesablamaları da dəyişə bilər. Ukraynanın daha çox pul əldə etməsinin əsas yolu Rusiyanın Qərbdə dondurulmuş 300 milyard dollardan çox aktivlərini səfərbər etməkdir. Bu, ən azı 2028-ci ilin sonuna qədər müharibəni maliyyələşdirə biləcək”.
Mözvu ilə bağlı “Sherg.az”a danışan Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki, faktiki olaraq Qərb Ukraynaya yardım məsələsində böyük manipulyasiyalar edir:
“Əslində, Qərbin etdiyi yardımlara rəğmən Ukraynadan ciddi irəliləyişlər yoxdur. Rusiya-Ukrayna müharibəsindəki sonu bilinməyən neqativ status-kvo dəyişmir. Savaş hər an aktiv fazaya keçə bilər. Burada önəmli olan nüanslar mövcuddur. Əsas məsələ isə Kollektiv Qərbin müharibənin bitməsi ilə bağlı mövqeyidir. Qərb Ukraynada savaşın dayanmağını istəmir və aktiv şəkildə əlində olan bütün təxribat xarakterli addımlardan istifadə etməyə çalışır. Bütün bunlara rəğmən Azərbaycan-Ermənistan məsələsində olduğu kimi Rusiya-Ukrayna müharibəsində də Qərbin ədalətsizliyi var. Amerika tərəfindən. Ukraynanın ərazi bütövlüyünü dəstəklənsə də, real dəstəklərdən söhbət getmir. 61 milyard dollar ciddi rəqəmdir, amma həmin məbləğdə yardımın Ukraynaya hansı formada çatdırıldığı hər kəsə aydındır. Bu baxımdan Qərbin tələsinə düşmək lazım deyil. Ukraynanın müharibənin gedişatında dönüş nöqtəsi yaratması çətin görünür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Şəfa" Premyer Liqaya vəsiqə qazanıb
19:57 15.05.2026
Futbol
Venesuelada dövlət neft şirkətinin müəssisəsində yanğın baş verib
19:48 15.05.2026
Dünya
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2951-ə çatdı
19:40 15.05.2026
Dünya
CENTCOM: ABŞ Hörmüz boğazında 75 ticarət gəmisini saxlayıb
19:33 15.05.2026
Dünya
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya