Zelenski: ABŞ Ukraynaya təbii ehtiyatlarla bağlı müqavilə layihəsi təqdim edib
Yusif Nəzərli
19:39 12.02.2025
Gündəm
653
ABŞ Ukraynaya təbii ehtiyatlarla bağlı müqavilə layihəsi təqdim edib və bu razılaşma Münxen konfransında əldə edilə bilər.
“Report” “Novını.LIVE”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Voldimir Zelenski bildirib.
O, ABŞ-nin maliyyə naziri Skott Bessent ilə məhsuldar və konstruktiv danışıqlar apardığını və təbii ehtiyatlarla bağlı potensial müqavilənin ilk layihəsini əldə etdiyini qeyd edib.
“Bilirəm ki, komandamıza Birləşmiş Ştatlardan ölkələrimiz arasında tərəfdaşlıq haqqında müqavilənin ilk layihəsi təqdim edilib. Komandamızın bu sənədi incələməsini çox istəyirəm və biz bu sənədi mümkün qədər tez incələmək və imzalamaq üçün əlimizdən gələni edəcəyik”, – Zelenski söyləyib.
Ukrayna lideri əlavə edib ki, müqavilə bu həftənin sonunda Münxen konfransında əldə edilə bilər: “Birləşmiş Ştatlar bizim əsas tərəfdaşımızdır. Biz sənədin bütün detallarını öyrənmək və Münxen konfransına çatmaq üçün əlimizdən gələni edəcəyik, çünki vaxt itirmək istəmirik”.
Daha əvvəl “New York Post” yazmışdı ki, Ukrayna Vaşinqtonun Kiyevə göstərdiyi hərbi yardımın ödənişi kimi ABŞ-yə 500 milyard dollar dəyərində nadir torpaq metalları verməyə “əsasən razılaşıb”.
Zelenskinin sözlərinə görə, Ukrayna ərazilərini Rusiyadan təkcə təhlükəsizlik baxımından deyil, həm də maliyyə baxımından qorumaq vacibdir. Əks halda “nadir torpaq metalları” da daxil olmaqla vacib faydalı qazıntılar rusiyalılara pulsuz çatacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında 2 tankerdə partlayış oldu
19:26 12.11.2026
Gündəm
Bakıda oğurluq edən şəxslər saxlanıldı
19:10 12.11.2026
Hadisə
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm