MEDİA: Türkiyə mediasında yayılan saxta xəbərlər Birgə Media Platformasının mahiyyətinə ziddir
10:24 25.09.2025
Media
475
“Rusiya, İran, Ermənistan və Qərb mediası üçün xarakterik olan bu tip dezinformasiya axınının Türkiyə mediasında da özünü göstərməsi Azərbaycan cəmiyyətində dərin təəssüf doğurur”.
Bunu Türkiyə mediasında artıq neqativ tendensiya halını almaqda olan məsələ ilə bağlı APA-ya açıqlamasında Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli bildirib.
O qeyd edib ki, bir sıra xarici ölkələrin informasiya resurslarında və sosial media seqmentlərində Azərbaycana qarşı zaman-zaman dezinformasiya kampaniyasının aparıldığı müşahidə olunur:
“Sentyabrın 23-ü Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi məsələ ilə bağlı açıqlama yayıb. Türkiyənin sosial media seqmentində və Azərbaycana qərəzli mövqeyi ilə seçilən bəzi media qurumları tərəfindən yayılan saxta xəbərlərin “Hüriyyət” və “Sabah” qəzetləri də daxil olmaqla, bir sıra ciddi informasiya resurslarında da tirajlanmasından, Azərbaycanla bağlı həqiqəti əks etdirməyən, şübhəli mənbələrə istinad edilərək dezinformasiyaların dərc olunmasından dərin təəssüf hissi keçiririk”.
O bildirib ki, qardaş ölkənin aparıcı media qurumlarının belə yanaşması “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” 2021-ci ildə imzalanmış Anlaşma Memorandumu ilə formalaşdırılmış Azərbaycan-Türkiyə Birgə Media Platformasının mahiyyətinə ziddir.
Xatırladaq ki, Birgə Media Platformasının əsas hədəflərindən biri də beynəlxalq arenada rast gəlinən dezinformasiyaya qarşı birgə mübarizənin aparılması və dünya ictimaiyyətinin düzgün məlumatlandırılmasıdır.
“Əmin olmaq istərdik ki, qardaş ölkənin media və kommunikasiya sahəsində fəaliyyət göstərən müvafiq dövlət qurumları Türkiyənin media mühitində Azərbaycanla bağlı artan dezinformasiya axınının qarşısını almaq üçün izahedici iş aparacaqlar”, – Natiq Məmmədli qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat