Qazi kimə deyilir? – Rey Kərimoğlu izah edir
Yusif Nəzərli
11:47 16.11.2021
Cəmiyyət
1701
Son dövrlərdə müharibədə iştirak edənlərə "Qazi" deyilib-deyilməməsi fikir ayrılıqları yaradıb. Bəzi insanlar düşünür ki, müharibədə iştirak edən şəxslərə “qazi” demək olar. Əhalinin bir qismi də müharibədə iştirak edib yaralanan şəxsə belə deyilməsini daha düzgün hesab edir. Hətta bununla bağlı sosial şəbəkələrdə yayılan video mediada işıqlandırılıb.
"Hansı döyüşdə iştirak etmisən?" sualının qarşısında cavabsız qalan şəxs Zəfər Günü atəşfəşanlığına qazi adı ilə qatılıb. Ona irad tutan adam deyir ki, "Sən Vətən müharibəsi iştirakçısısan, qazi deyilsən". Kadrlardan "qaziyəm" deyən şəxsi tənqid edənlərin elə onun silahdaşı olduqları məlum olur.
Maraqlısı odur ki, qazi sözü üzərində məna oyunu aparılır. Söz ən böyük silahdır. Bu anlaşılmazığın aradan qalxması üçün “qazi” anlayışına aydınlıq gətirilməsi zərurəti yaranıb.
Məsələ barədə “Sherg.az”a Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu bildirib ki, Azərbaycan cəmiyyətinə qazi sözünü 2001-ci ildə “Qarabağ Qaziləri" İctimai Birliyi gətirib:
" Rəhmətlik baş qazi Etimad Əsədov yalnız müharibədə yaralanmış insanları "qazi" adlandırıb. Müharibədə iştirak edən şəxslər isə “veteran” sayılır. Müxtəlif variantlar irəli sürülür. Məsələn, Türkiyədə yaralı və yaralanmamış qazilər deyirlər. Lakin Azərbaycanda qazi anlayışı müharibədə yaralanmış şəxslərə aid edilməlidir".
Sosial şəbəkələrdə yayılan videoya münasibət bildirən R.Kərimoğlu qazilər, şəhid ailələrinin aralarında gedən müzakirənin ictimailəşdirilməsinin tərəfdarı olmadığını vurğulayıb:
"Onların müzakirə etdiyi məsələyə vaxtilə müharibədən qaçıb gizlənən adamlar “dil uzadır”, ittiham edir. Bu, yanlış addımdır. Qazilər arasında münasibətlərin kəskinləməsini əks etdirən görüntülərin yayılması yolverilməzdir. Nə sözümüz varsa, toplaşıb həll etmək olar. İşıqlandırmağa ehtiyac yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Naftalanda 3 məktəblini maşın vurub - YENİLƏNİB
22:54 20.11.2026
Hadisə
Hörmüz boğazından çıxan tanker vurulub
21:47 20.11.2026
Dünya
"Sabah" "Sumqayıt"ı darmadağın etdi
21:35 20.11.2026
Futbol
Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
21:23 20.11.2026
Dünya
Estoniya diplomatı Rusiya XİN-ə çağırıldı
20:40 20.11.2026
Aktual
Bakıda Cənubi Koreyanın milli bayramı qeyd edildi
20:25 20.11.2026
Siyasət
KİV: ABŞ və İsrail İrana yeni zərbələr endirməyə hazırlaşır
20:17 20.11.2026
Gündəm
Britaniya Rusiyaya və Çinə qarşı kiberəməliyyatlar həyata keçirir
20:04 20.11.2026
Dünya
Bakı metrosunda texniki xəta baş verdi - Qatarlar gecikdi
19:47 20.11.2026
Hadisə
İŞİD-ə qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirildi
19:10 20.11.2026
Hadisə
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlandı
18:53 20.11.2026
Sosial
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
18:48 20.11.2026
Dünya
Naftalanda 3 məktəblini maşın vurub
18:37 20.11.2026
Hadisə
Pul yoxdur, xalq etiraz edir - Pezeşkian
18:24 20.11.2026
Dünya