
Neftin qiyməti artır, ölkədə gəlir çoxalır - ŞƏRH
Yusif Nəzərli
11:56 10.08.2023
İqtisadiyyat
1176
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Azərbaycan neftinin bir barelinin qiyməti 1,7 ABŞ dolları, yaxud 1,9% artaraq 91,15 ABŞ dolları təşkil edib.
Maraqlı digər bir məqam isə büdcədə neftin 1 barelinin satışının 60 dollar kimi göstərilməsidir. Sual yaranır ki, bunun səbəbi nədir?
Hadisəyə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli "Sherg.az"a söyləyib ki, Azərbaycan neftinin qiymətinin artması ölkədəki gəlirin çoxalması ilə müşahidə olunur:
"Yəni Azərbaycan neftinin qiymətinin bir dollar artması Neft fonduna əlavə 400 milyon dollara yaxın gəlir gətirir. Ona görə də nə qədər qiymət çox olarsa, ölkəmizin gəlirləri də o qədər artacaq. Büdcədə qiymətin 60 dollar götürülməsi isə daha konservativ yanaşmanın nəticəsidir.

Hökumət satış qiymətini az götürür və qalan gəlirləri Neft fondu vasitəsilə büdcəyə daha sonra transfer edə bilir. Yəni neftin satış qiymətinin büdcədə nə qədər göstərilməsindən asılı olmayaraq transferlər həyata keçirilir. Çünki neftdən qazanılan məbləğ Neft fonduna gələrək icmal büdcədə öz əksini tapır. Sonradan isə Neft fondunun vasitəsilə büdcəyə manat şəklində köçürülür. Bundan belə bir qənaətə gəlmək olar ki, neftin qiyməti birbaşa büdcəyə təsir etməsə də, ölkənin icmal büdcəsinə təsir edir. Yəni bu il Neft fondunun gəlirləri nəzərdə tutulandan daha çox olacaq".
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region