
Dövlət dəstəyi ilə elit təhsil: Xaricdə təhsilə maraq artır -RƏY
10:26 25.06.2025
Elm və Təhsil
486
“Bu il Dövlət Proqramına müraciət sayı ötən illərlə müqayisədə kifayət qədər çoxdur”.
Bunu Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Dövlət proqramına hər il bakalavr, magistratura və doktorantura təhsil səviyyəsi olmaqla ümumilikdə 500 gəncin seçilməsi üçün şərait yaradılır. Sənədlərini uğurla təqdim edən namizədlər müsahibə mərhələsinə dəvət olunub.
"300-ə yaxın namizəd dünyanın nüfuzlu ali təhsil müəssisələrinə qəbul sənədi əldə edib.
Müraciətlər sırasında ilk beşlikdə Böyük Britaniya, ABŞ, Türkiyə, Avstraliya və İtaliya yer alır. 500 gəncin 25%-dən çox olmayan hissəsi bakalavr təhsili üzrə, 20 %-ə qədər doktorantura, yerdə qalan hissəsi magistratura təhsil səviyyəsinin payına düşür. Müraciətin çoxluğunu nəzərə alaraq kvota dəyərləndirilmə ilə qaliblər seçiləcək", - o deyib.
Təhsil eksperti Elçin Süleymanov “Sherg.az”a bildirib ki, xaricdə təhsil üzrə dövlət proqramı artıq bir neçə ildir ki, uğurla icra olunur və bu sahədə həyata keçirilən addımlar strateji əhəmiyyət daşıyır:

“İlk mərhələdə həyata keçirilmiş proqram çərçivəsində 2000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alıb. Bu proqram vasitəsilə təxminən 500 nəfər doktorantura səviyyəsində təhsil alaraq ölkənin ali təhsil sisteminin elmi və intellektual potensialına töhfə verib. Hazırda icra olunan üçüncü proqram əvvəlki 2019-2023-cü illəri əhatə edən mərhələnin davamıdır və hər il təqribən 500 Azərbaycan vətəndaşının bakalavr, magistr və doktorantura səviyyələrində dünyanın ən qabaqcıl ali təhsil müəssisələrində təhsil almalarını təmin etməyi nəzərdə tutur. Bu proqramın əsas fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, artıq yalnız ali təhsil müəssisələrinin nüfuzu deyil, eyni zamanda prioritet ixtisaslar da nəzərə alınaraq seçim aparılır. Dövlət Proqramının rəsmi internet resursunda həm universitetlər, həm də istiqamətlər üzrə ixtisaslar konkret şəkildə qeyd edilib. Magistratura səviyyəsində proqramdan yararlanmaq istəyən namizədlərin bakalavr təhsilində orta göstəricisi minimum 80 bal, dil bilikləri isə beynəlxalq səviyyədə ən azı C kateqoriyasında olmalıdır. Dövlət maliyyələşməsi təhsil haqqını və yaşayış xərclərini əhatə etməklə yanaşı, bu proqram vasitəsilə gənclərin əldə etdikləri bilik və bacarıqların milli iqtisadiyyat və təhsil sisteminə reinteqrasiyasını təmin etməyi hədəfləyir. Proqram məzunları həm ölkədaxili dövlət qurumlarında, həm də ali təhsil müəssisələrində müxtəlif vəzifələrdə fəaliyyət göstərirlər. Əlavə olaraq, hazırkı normativ hüquqi çərçivəyə əsasən, bu proqramın məzunları dövlət qulluğuna qəbul zamanı test imtahanından azad olunaraq birbaşa müsahibə mərhələsinə buraxılırlar. Məzunların bəziləri hazırda nazir, nazir müavini və digər yüksək dövlət vəzifələrində çalışır və xaricdə qazandıqları təcrübəni praktiki fəaliyyətlərində tətbiq edirlər. Bu fakt öz növbəsində dövlət proqramının strateji səmərəliliyini və milli maraqlara xidmət edən mahiyyətini bir daha təsdiqləyir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət