Zak Kass: Azərbaycanın yerləşdiyi regionda ChatGPT istifadəçiləri sürətlə artır
09:17 29.09.2025
Texnologiya
526
Azərbaycan və regionda da ChatGPT-dən istifadə artmaqdadır və bu, insanların rəqabətdə irəli çıxmaq üçün süni intellekti yeni imkan kimi gördüklərini göstərir.
“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən tədbirdə OpenAI şirkətinin məsləhətçisi, şirkətin keçmiş departament rəhbəri Zak Kass deyib.
O ümumilikdə hazırda süni intellekt sahəsində üç əsas trend müşahidə edildiyini açıqlayıb.
Onun sözlərinə görə, ilk mühüm trend süni intellekt modellərinin istifadəsi zamanı xərclərin – yəni “inference costs” – sürətlə azalmasıdır: “İnternetin ucuzlaşması sayəsində inkişaf etməkdə olan ölkələr sürətlə inkişaf edə bildilər. İndi də süni intellekt modellərinin işləmə xərclərinin azalması eyni effekt yaradır və Afrika, Mərkəzi Asiya və Hindistanda ChatGPT istifadəsi digər regionlardan daha sürətli artır”.
İkinci mühüm trend modellərin az resurslu dillərdə imkanlarının genişlənməsidir. Z.Kass qeyd edib ki, GPT-5 Azərbaycan dili də daxil olmaqla Mərkəzi Asiya dillərində kifayət qədər yaxşı nəticə göstərir: “Bu, modellərin qlobal miqyasda daha asan qəbul edilməsinə imkan yaradır”.
Üçüncü əsas trend isə Yaxın Şərq və Mərkəzi Asiyada çiplər və data mərkəzlərinə böyük həcmdə investisiyaların yönəldilməsidir.
Onun sözlərinə görə, bu sərmayələr bütövlükdə regional iqtisadiyyata ciddi təkan verəcək.
Kass vurğulayıb ki, ilk iki trend daha çox gənclər və istifadəçilər üçün imkanlar yaradırsa, üçüncü trend bütövlükdə iqtisadiyyata yönəlikdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya