Azərbaycanda inflyasiya tempi yüksəlib:“Kredit faizləri artacaq və...”
Azərbaycanda inflyasiya tempi yüksəlib:“Kredit faizləri artacaq və...”
Yusif Nəzərli
12:37 29.10.2021
İqtisadiyyat
920
Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında uçot dərəcəsindən danışıb. Baş bankir qeyd edib ki, uçot dərəcəsinə dair qərar iqtisadiyyatda təzyiqlərin qalması əsasında verilib. Onun sözlərinə görə, dünya bazarlarında qiymətlərin artması, ticarət tərəfdaşlığı olan ölkələrdə yüksək inflyasiya gözləntilərinin olması və inflyasiya gözləntilərinin yüksəlməsi bu qərara təsir göstərib:
“Qərara təsir edən əsas daxili amillərə isə pul siyasətinə həsr olunmuş ötən iclasdan sonrakı dövrdə Azərbaycanda inflyasiya tempinin yüksəlməsi olub. Statistikaya əsasən,sentyabrda aylıq inflyasiya 1,8 faiz, 12 aylıq inflyasiya isə 8,5 faiz təşkil edib”.
Bəs inflyasiya tempində müşahidə olunan bu artım bizim üçün nəyi ifadə edir? Bundan sonra əhali hansı çətinliklərlə qarşılaşacaq?
Suallarımızı cavablandıran iqtisadçı-alim Nazim Bəydəmirli “Sherg.az”a bildirib ki, bahalaşma daha da sürətlə gedəcək. Sahibkarların və vətəndaşların ucuz maliyyə resurslarına çıxışı daha da məhdud olacaq:
“Kredit faizləri artacaq və belə olduqda bizi iqtisadi baxımdan yaxşı nələrinsə gözlədiyini demək, düşünmək mümkün deyil. Qeyd edim ki, bütün dünyada iqtisadi fəallığı artırmaq üçün mərkəzi banklar uçot dərəclərini aşağı salırlar, kommersiya bankları ucuz kreditlər verirlər ki, iqtisadi fəallıq artsın, sahibkarların xərci azalsın .Bizdə isə bunun tamamilə əksini görürük”.
N.Bəydəmirli vurğulayıb ki , proses belə davam edərsə, sahibkarlar və vətəndaşlar pulsuzluqdan əziyyət çəkməkdə davam edəcəklər:
“Əslində pandemiya dövründən sonra iqtisadi fəallığı artırmaq üçün bir sıra tədbirlər görülməli idi. Mən isə bunun tam əksini müşahidə etdim. İqtisadiyyat Nazirliyinin xətti ilə onun tabeliyində olan İpoteka və Kredit Zəmanət Fondu vasitəsilə son aylarda sahibkarlara verilən kredit faizlərinin yarısını həmin zəmanət fondu bağlayırdı, həmçinin girovun 60 faizini onların qarşılaması şərti ilə belə bir təşviq siyasəti var idi . Buna görə bu vəsaitlərə tələbat üç-dörd dəfə artmağa başladı . Mərkəzi Bank bunu görməli idi ki, Azərbaycanda uçot faizləri aşağı olduqda iqtisadiyyat stimullaşdırılır. Bu istiqamətdə addım atmalı idi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət