
Bahalaşma deputatları da “dilə gətirib”: “Maaş az, qiymət baha” - Yaşa görüm, dözürsən?!
Bahalaşma deputatları da “dilə gətirib”: “Maaş az, qiymət baha” - Yaşa görüm, dözürsən?!
Yusif Nəzərli
12:45 08.12.2021
İqtisadiyyat
730
Razi Nurullayev:“ Pensiyalar, minimum əmək haqqı çox aşağıdır. Bütün bunlar da insanların ay ərzində ləyaqətli yaşayışına bəs etmir”
Natiq Cəfərli:“Hökumət qiymət artımına təsir edəcək qərarlar verir. Buna misal olaraq "Dizel" yanacağının qiymətinin birbaşa olaraq 34 faiz artmasını göstərə bilərik”
Son dövlər Azərbaycanda bir çox məhsulların qiymətində bahalaşma müşahidə olunur. Bu da öz növbəsində əhalinin sosial rifahına mənfi təsir göstərir. Mağaza və ya marketlərdə, demək olar ki, eyni məhsul az qala hər ay bahalaşır. Məsələ Milli Məclisin plenar iclaslarında da müzakirəyə çıxarılır. Bəzi parlamentarilər “SOS” siqnalı çalaraq bahalaşmanın qarşısının alınmasına dair təkliflər irəli sürüblər. Elə bu günlərdə millət vəkili Razi Nurullayev mətbuata açıqlamasında bahalaşamaya yol açan səbəblər və nəticələri barədə danışıb. O qeyd edib ki,
bahalaşmanın qarşısını almaq üçün idxal olunan malların müəyyən rüsumlardan azad edilməsi vacibdir:
“Yaxud da rüsumlar azaldılmalıdır ki, mal-əmtəə Azərbaycana daha ucuz qiymətə gəlib çatsın. Ölkədə istehsal olunan məhsullara tətbiq olunan güzəştlər artırılsın, vergilər azaldılsın. Beləliklə, qiymətlər insanların cibinə uyğun olsun.
Bax bu iki məsələni ciddi şəkildə hökumət səviyyəsində araşdırılmasına ehtiyac var. Hələ ki bununla bağlı qərar qəbul olunmur”.
R.Nurullayev qeyd edib ki, bu gün Azərbaycanda vətəndaşların qazancları kifayət qədər deyil:
“Əmək haqları rəqabətli deyil. Pensiyalar, minimum əmək haqqı çox aşağıdır. Bütün bunlar da insanların ay ərzində ləyaqətli yaşayışına bəs etmir. Qaz və işığın qiymətlərinin artması da insanlara xeyli təsir edib. Müəyyən addımlar atılmalıdır ki, qiymətlərin azaldılmasına gətirib çıxarsın”.

İqtisadçı ekspert Natiq Cəfərli də “Sherg.az” açıqlamasında Azərbaycanda bu ilin əvvəllərindən qiymət artımının sürətləndiyini qeyd edib:
"Ötən illə bu ili müqayisə etdikdə artımı aydın görə bilərik. Bu il qiymətlərdə 9-10 faiz artım, ümumi inflyasiyada isə 5 faiz artım müşahidə edilir".
N. Cəfərliyə görə bu qiymət artımının obyektiv səbəbləri araşdırılmalıdır:
"Obyektiv səbəb kimi deyə bilərəm ki, son zamanlarda dünyada da qiymət artımı müşahidə olunur. Bu, Azərbaycandan asılı səbəb deyil. Bahalaşma əsasən pandemiyanın başlaması ilə bağlıdır. Digər bir səbəb isə logistikanın bahalaşmasıdır. Bu da qiymətlərə öz təsirini göstərir".
Ekspert diqqətə çatdırıb ki, Azərbaycan hökumətindən asılı olan səbəblər də var:
"Hökumət hələki bu sahədə lazımi addımlar atmır. Əksinə qiymət artımına təsir edəcək qərarlar verir. Buna misal olaraq "Dizel" yanacağının qiymətinin birbaşa olaraq 34 faiz artmasını göstərə bilərik. Məhsulun maya dəyəri artdıqca qiymətlər də artır. Məlum qərarı verərkən bilməli idilər ki, bu, qiymət artımına səbəb olacaq".
N.Cəfərli hesab edir ki, vergi və gömrük siyasətində də müəyyən boşluqlar var:
"Çünki ölkədə istehsalı olmayan məhsullar çoxdur. 55-60 faiz ərzaq məhsulları xaricdən gətirilir. Bu avtomatik olaraq qiymət artımına təsir göstərir. Bununla yanaşı, ənənəvi problemlər də var. Bunlara rəqabət mühitinin aşağı olması, bazarda şirkət sayının az olması və s. məsələləri aid etmək olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdə ticarət gəmisi vuruldu: 12 yaralı
18:33 06.10.2026
Dünya
ABŞ Afrikadan Kolumbiya və Ekvadora MQ-9 Reaper dronları göndərib
18:11 06.10.2026
Dünya
Rusiya Ukraynadan sonra Azərbaycana yönələ bilər - ŞƏRH
18:10 06.10.2026
Gündəm
Bakıda subasmalar davam edəcək: Ekoloqdan HƏYƏCAN təbili
17:53 06.10.2026
Aktual
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial