İqtisadçı: "Prezidentin aqrar sahə ilə bağlı fərmanı, mexanizmin təkmilləşdirilməsinə xidmət edir "
Ayyət Əhməd
10:41 07.07.2019
İqtisadiyyat
808
“Prezident İlham Əliyevin imzaladığı “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərman aqrar sektorun inkişafı baxımından yeni mərhələ kimi qiymətləndirilir. Sənəd subsidiyanın verilməsi mexanizminin təkmilləşdirilməsi, eyni zamanda, fermerlərin subsidiyalara əlçatanlığının təmin olunmasına xidmət edəcək”. Sherg.az bildirir ki, bu fikirləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib.
V.Bayramov bildiirb ki, sənədə əsasən, subsidiya informasiya sistemi formalaşdırılacaq: “Nəzərə alsaq ki, əvvəlki qaydalarda fermerlər il ərzində subsidiyanın alınması ilə bağlı yerli və mərkəzi icra hakimiyyəti orqanlarına müraciət edirdilər. Bu da təbii ki, daha çox prosedur deməkdir. Bəzi hallarda fermerlərin subsidiyalara əlçatanlığının təmin edilməsində çətinliklər olurdu. Yeni mexanizm birmənalı şəkildə imkan verəcək ki, fermerlər subsidiyanın alınması üçün elektron müraciət etsinlər. Bu da fermerlərin daha qısa zamanda subsidiya almasına imkan verəcək. Belə ki, fermerlərin müraciətləri agentlik tərəfindən baxılaraq subsidiyanın verilməsi ilə bağlı qərar qəbul ediləcək. Növbəti ildə isə fermerin müraciətində dəyişiklik olmayacaqsa, onun yenidən müraciət etməsinə ehtiyac qalmayacaq. Məlumatlar elektronlaşdırılacaq, “Elektron hökumət” portalına inteqrasiya olunacaq. Bu da fermerin yenidən müraciətinə zəmin yaratmayacaq”.
“Digər vacib məqamlardan biri aqrar sektorda istehsalın təşviq edilməsi, istehsalın regionlar və məhsullar üzrə təşviqinə nail olunmasından ibarətdir. Fərmana əsasən, əkin və məhsul əmsalları tətbiq olunacaq, bu da baza qiymətinə vurularaq əkinçilik və məhsul istehsalına görə veriləcək subsidiyanın məbləği müəyyənləşdiriləcək. Bu zaman regionlar və məhsul istehsalı əsas amil götürüləcək. Məqsəd bir sıra istehsal üzrə ixtisaslaşmış regionlarda məhsul istehsalına daha çox subsidiyanın verilməsinin həyata keçirilməsidir. Bu da təbii ki, həmin regionlarda ənənəvi və ixtisaslaşmış məhsul istehsalının genişləndirilməsinə imkan verəcək. Bu, həm də məhsul istehsalının daxili bazara və ixrac imkanlarına uyğun olaraq təşviq edilməsinə şərait yaradacaq. Çünki əvvəllər bəzi hallarda bir sıra məhsullar üzrə daha çox məhsul istehsal olunurdu, həmin məhsulların satılmasında problem yaranırdı, qiymət isə kəskin enirdi ki, bu da fermerlərin gəlirliliyinə mənfi təsir göstərirdi. Eyni zamanda, bəzi məhsullar az istehsal olunurdu, həmin məhsulların qiyməti yüksək olurdu. Subsidiyaların verilməsi imkan yaradacaq ki, disbalansın aradan qaldırılmasına nail olunsun. Bu, məhsul istehsalının həm növ, həm də regionlar üzrə təşviqinə imkan verəcək”.
Ekspert deyib ki, monitorinq mexanizmləri də kifayət qədər gücləndiriləcək. Bu, subsidiyanın verilməsində şəffaflığın artırılması baxımından vacibdir. Bu da nəticə etibarilə fermerlərin subsidiyaların verilməsində daha şəffaf və monitorinq oluna bilən mexanizmin tətbiqi deməkdir. Yeni monitorinq mexanizmlərinin tətbiqi zamanı məlumatın uzlaşdırılması həyata keçiriləcək, prosesdə şəffaflığın təmin edilməsinə nail olunacaq. Fərman, həm də fermerlərin kooperasiyalar formasında fəaliyyət göstərməsini də təşviq edir. Belə ki, 50 hektardan artıq sahəyə malik olan fermerlər 10 faiz çox subsidiya alacaqlar. Bu da fermerlərin kooperativlər formasında fəaliyyət göstərməsini təşviq edən məqamlardan biridir, eyni zamanda, xərcin azaldılması və məhsul istehsalının genişləndirilməsi baxımından vacibdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi
Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu
17:01 30.09.2026
Gündəm
MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
16:58 30.09.2026
Gündəm
Ombudsmanın aylıq maaşı 12 minə qaldırılır
16:51 30.09.2026
Gündəm
Hərbçilərin maaşı artırılır
16:49 30.09.2026
Sosial
İşçinin əli aparatda qaldı, 3 barmağı amputasiya olundu
16:39 30.09.2026
Hadisə
Dövlət qulluqçuları ilə bağlı qanun ilk oxunuşdan keçdi
16:28 30.09.2026
Gündəm
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir
16:26 30.09.2026
Sosial
Erməni bacılar Bakıya gəldi - VİDEO
15:43 30.09.2026
Cəmiyyət
KİV: Dubaydan Təl-Əvivə uçan daha bir sərnişin təyyarəsi geri dönüb
15:12 30.09.2026
Dünya