İstər qazla, istərsə də odun ilə çalışan sobaların təhlükəsiz istismarı həyata keçirməlidir -AÇIQLAMA
12:05 19.12.2024
Hadisə
416
Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunanların sayı 60 nəfərə çatıb.
Bu məlumat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.
Qeyd olunub ki, son məlumata görə, 60 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
"Zərərçəkənlər müvafiq şöbələrə yerləşdirilib. Hazırda onların hər birinə zəruri tibbi xidmətlər göstərilir. Vəziyyətləri stabildir. Artıq 27 nəfər ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, ilkin məlumata görə, zəhərlənməyə məktəbin qızdırılmasında istifadə olunan sobanın səbəb olduğu və uşaqların tüstüdən zəhərləndiyi bildirilir.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev “Sherg.az”a bildirib ki, istər qazla, istərsə də odun ilə çalışan sobaların təhlükəsiz istismarı həyata keçirməlidir:
“Onun həm quraşdırılması, həm də istismarı zamanı mütləq normativ tələblərə riayət etmək və daim nəzarətdə saxlamaq lazımdır. Otaqda odun peçinin yerləşdiyi yerdə tavan və döşəmə yanmayan üzlüklə üzlənməli, yerdə iki metr diametrində metal lövhələr qoyulmalıdır. Həmçinin otaqda havalandırma mütləq şəkildə olmalı və onu daim nəzarətdə saxlamaq lazımdır. Otaq sobanın söndüyünə əmin olduqdan sonra otaq tərk edilməlidir. Peçin vaxtaşırı təmizlənməsi isə çox vacibdir. Çünki odun peçindəki tüstü kanallarının tıxanması, karbon qazı və digər zəhərli maddələrin otağa daxil olmasına səbəb ola bilər. Peçin düzgün işləməsi üçün müntəzəm olaraq baxılmalıdır. Ümumiyyətlə nəzarətdə saxlamaq, əlbəttə ki, onun həm təhlükəsiz istismarını, həm də baş vermə ehtimalı olan hər hansı bir təhlükənin qarşısını alır. Soba quraşdırılan yerdə təhlükəsiz şəkildə həyata keçirilməlidir ki, hər hansı bir bədbəxt hadisə baş vermə riski olmasın”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol