AYNA Neftçilər prospektində avtobusun qəzaya uğraması ilə bağlı açıqlama yayıb

AYNA Neftçilər prospektində avtobusun qəzaya uğraması ilə bağlı açıqlama yayıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən  verilən məlumata görə, bu gün Neftçilər prospektində qəzaya uğrayan "Daewoo" markalı 10-TG-753 nömrəli avtobus “Fidan” MMC-yə məxsusdur:

"İlkin araşdırmalara görə, hadisənin avtobusun texniki nasazlığı səbəbindən baş verdiyi məlum olub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Sərnişindaşıma xidmətinin texniki tələblərinə cavab verməyən avtobusları istismar edən daşıyıcıdan izahat alınıb".