Muxtar Babayev: Proqnozlar Xəzər dənizində suyun səviyyəsinin azalacağını göstərir
10:55 29.09.2025
Ekologiya
400
“Proqnozlar Xəzər dənizində suyun səviyyəsinin daha da azalacağını göstərir”.
APA xəbər verir ki, bunu Prezidentin İqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev “Bakı İqlim Fəaliyyəti Həftəsi” çərçivəsində keçirilən dəyirmi masada çıxışında deyib.
“Xəzər dənizi ilə bağlı proqnozlaşdırma modellərinin sayı 100-dən artıqdır. Təəssüf ki, bu modellərin təxminən 10%-i suyun artması ilə əlaqəlidir”, – Muxtar Babayev bildirib.
“Xəzər dənizinin quruması balıqçılıq, neftçilik, logistika, limanların fəaliyyəti və digər sahələrə mənfi təsir göstərəcək. Bu ərazilərdə yaşayan insanlar təbii olaraq işlərini itirəcəklər və şəhərə köçməyə məcbur olacaqlar. Deməli, şəhər üzərində təzyiq güclənəcək. Üstəlik, küləklər quruyan ərazilərdən çoxlu miqdarda toz-torpağı ətraf yerlərə yayacaq. Bütün bunlar mənfi nəticələrə səbəb olacaq”, – Prezidentin İqlim məsələləri üzrə nümayəndəsi deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya