
Müəllimlərin maaş sistemi dəyişir: Əməkhaqqı dərs saatına deyil, iş saatına görə veriləcək
07:36 31.10.2025
Elm və Təhsil
667
Əmrah Həsənli: “Yeni modelin uğurlu işləməsi üçün şəffaf və obyektiv mexanizmlər zəruridir”
Milli Məclisdə “Ümumi təhsil haqqında” qanuna ediləcək dəyişikliklərin müzakirəsi zamanı müəllimlərin sosial rifahı və təhsilin keyfiyyətinin artırılması məsələləri diqqət mərkəzində olub. Elm və təhsil nazirinin müavini İdris İsayev bildirib ki, yaxın zamanda müəllimlərin əməkhaqlarının artırılması ilə bağlı yeni təkliflər hazırlanacaq. Onun sözlərinə görə, bəzi təhsil müəssisələrində müəllimlik ixtisasına marağın azalması bu sahədə keyfiyyətli kadrların cəlb edilməsini çətinləşdirir. Nazir müavini əlavə edib ki, gələcəkdə müəllimlərin əməkhaqqı yalnız dərs saatına görə deyil, ümumi iş saatına əsasən müəyyən ediləcək ki, bu da onların əməyinin daha ədalətli qiymətləndirilməsinə şərait yaradacaq.
Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli isə Sherg.az-a açıqlamasında bildirib ki, müəllimlərin əməkhaqqı dərs saatına deyil, iş saatına əsasən müəyyənləşdirilərsə, bu, təhsil sistemində həm struktur, həm də dəyərlər səviyyəsində ciddi dəyişikliklərə səbəb ola bilər:

“Bu model müəllimin fəaliyyətinə yalnız sinifdə keçdiyi dərs kontekstində deyil, bütöv bir iş prosesi kimi baxmağı tələb edir. Müəllim təkcə auditoriyada deyil, dərsdənkənar hazırlıq, qiymətləndirmə, valideynlərlə əlaqə, pedaqoji tədqiqat və fərdi inkişaf kimi çoxşaxəli fəaliyyətlər həyata keçirir. Buna görə əməkhaqqının iş saatına əsaslanması müəllimin əməyini daha dolğun qiymətləndirmək üçün real zərurətdir.
Motivasiya baxımından bu model düzgün tətbiq olunarsa, müəllimlərin həm maddi, həm də mənəvi baxımdan dəyər hissini artıracaq. Çünki indiki şəraitdə bir çox müəllim sinifdəki dərs yükündən kənar işinə görə əməkhaqqı almır, bu isə həm keyfiyyətin, həm də innovativ yanaşmaların qarşısını alır. Əgər yeni sistemdə bu işlər ölçülə bilən meyarlarla qiymətləndirilsə, müəllim həm fərdi inkişafına, həm də məktəb mühitinin ümumi keyfiyyətinə daha çox töhfə verməyə çalışacaq”.
Ə.Həsənlinin sözlərinə görə, bu modelin uğurlu işləməsi üçün şəffaf və obyektiv mexanizmlər zəruridir:
“Əvvəla, “iş saatı” anlayışının məzmunu dəqiq müəyyən olunmalıdır, yəni müəllimin sinifdə, məktəbdə və məktəbdənkənar fəaliyyətlərinin hansı hissəsi bu çərçivəyə daxildir. İkinci, elektron izləmə və hesabat sistemləri qurulmalı, amma bu sistem nəzarət vasitəsinə çevrilməməli, müəllimə etimad prinsipi üzərində işləməlidir. Üçüncü, məktəb rəhbərlərinin subyektiv münasibəti əməkhaqqına təsir etməməlidir, yəni meyarlar mümkün qədər standartlaşdırılmalı, bütün müəllimlər üçün bərabər tətbiq olunmalıdır.
Əgər bu model mərhələli şəkildə və müasir idarəetmə yanaşmaları ilə həyata keçirilsə, o zaman təkcə müəllimlərin maaş strukturunu deyil, bütövlükdə təhsilin keyfiyyət fəlsəfəsini dəyişə bilər. Müəllim artıq “dərs verən” deyil, “təhsil yaradan” kimi qiymətləndirilər və bu da həm peşəyə cəlbedicilik, həm də sistemdə davamlı keyfiyyət artımı gətirər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə