Ermənistan məhkəməsi Sarqsyana səfər qadağasının tətbiqindən imtina etdi
15:45 05.11.2025
Dünya
376
Ermənistanın korrupsiyaya qarşı mübarizə məhkəməsi sabiq prezident Serj Sarqsyana qarşı həbs qətimkan qərarında dəyişiklik edilməsi ilə bağlı prokurorluğun vəsatətini rədd edib.
Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, prokurorluğun vəsatətini müzakirə etmək üçün bu gün fövqəladə məhkəmə iclası təyin olunub.
İddia edilirdi ki, prokurorluq sabiq prezidentin Ermənistanı tərk etmək niyyətində olduğunu göstərən əməliyyat məlumatı əldə edib.
Məhkəmə bugünkü iclasda keçmiş Ermənistan liderinin zaminə buraxılma tələbini bir daha qüvvədə saxlayıb.
Sarqsyan prokurorluğun onun ölkəni tərk etmək niyyətində olması ilə bağlı yaydığı məlumatdan təəccübləndiyini bildirib:
"Mən qaçan birinə oxşayıram?! Məhkəmənin mənə ölüm hökmü çıxarmaq niyyətində olduğunu bilsəm belə, bu ölkəni tərk etməyəcəyəm".
Xatırladaq ki, Ermənistanda Sarqsyana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, torpaq sahələrinin qanunsuz mənimsənilməsi, rüşvətxorluğa köməklik göstərməklə bağlı bir neçə cinayət işi açılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
17:51 27.10.2026
Hadisə
Dövriyyədə olan nağd pulun həcmi 12 faizə yaxın artıb
17:09 27.10.2026
İqtisadiyyat
Türkiyə NATO-ya güzəştə getmədi - Montrö qərarının pərdəarxası
17:05 27.10.2026
Region
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
16:58 27.10.2026
Gündəm
Pəhləvi: Plan hazırdır, İran rejimini devirmək üçün fürsət yaranıb
16:46 27.10.2026
Gündəm
Köhnəlməyən səs yaddaşımız - AZƏRBAYCAN RADİOSU-100
16:15 27.10.2026
Media
Pezeşkian Moskvada səfərdədir
16:07 27.10.2026
Dünya
Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır
16:06 27.10.2026
Mədəniyyət