Sahilə çıxan Lenin: 32 il əvvəl tapıldı, illərlə gizlində qaldı, nəhayət, sərgiləndi
05:10 09.07.2025
Maraqlı
249
1993-cü ilin iyul ayında Düzcenin Akçakoca rayonundakı sahil zolağında maraqlı hadisə baş verib. Taxtadan hazırlanmış büst sahilə “çıxıb”. Məlum olub ki, bu büst 1917-ci il məşhur Oktyabr inqilabının rəhbəri və SSRİ-nin qurucusu Vladimir Leninə məxsusdur. Heykəlin sahilə haradan, necə gəlib çıxdığı məlum deyildi. Heykəl balıqçılar tərəfindən tapılmışdı. Onunla nə edəcəklərini isə bilmirdilər. Sonrası maraqlıdır.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, heykəl əvvəlcə yerli bələdiyyənin anbarına aparılıb. 2009-cu ildə yenidən gündəmə gəlib. Bələdiyyə seçkilərində Cümhuriyyət Xalq Partiyasının namizədi Fikrət Albayrak qalib gəlib. Albayrak anbarda büstü sərgiləmək üçün işə başlayacaqlarını açıqlayıb. Rayonda turizm sektoru ilə məşğul olan biznesmenlər də Lenin büstünün turizmə töhfə verəcəyini düşünürdülər. Keçmiş xarici işlər naziri, Ədalət və İnkişaf Partiyasının Düzce millət vəkili Yaşar Yakış da "Heykəlin qoyulmasını uyğun görmürəm. Bu, düzgün olmazdı. Halbuki o, sənət əsəridir və sərgilənə bilər. Muzeyimiz olsaydı, bir küncdə sərgilənə bilərdi" demişdi. Büstün sərgilənməsinə hazırlıq işlərindən biri də anbarda uzun müddət boş qalan heykəlin hərtərəfli təmirdən keçməsi idi. Büstün saxlanılması üçün dülgər Erol Badanözlə müqavilə bağlanıb. Təxminən 2 həftə bərpa işində çalışan Badanöz ona təhvil verilərkən taxtadan düzəldilmiş heykəlin kimə aid olduğunu belə bilməyib. Büstün burnunun tamamilə sınmış olduğunu bildirən Badanöz, "heykəldə müəyyən çatlar var idi. İlk görəndə kim olduğunu başa düşmədim. O zaman Leninin kim olduğunu bilmirdim. İstədiyim kimi bir neçə burun düzəltdim, amma bəyənmədim. Son olaraq Qara dənizli insanların burnuna oxşatdım”, deyib. Akçakocada bir dülgər tərəfindən bərpa edilən büst 2009-cu ildə bu inkişaflara baxmayaraq, sərgilənməyib və yenidən bələdiyyənin anbarına aparılıb. Bu müddət ərzində heykəli almaq istəyənlərin olduğu iddia edilsə də, heykəl anbarda qalmağa davam edib. 2009-cu ildəki inkişaflardan sonra uzun müddət unudulan Leninin büstü 2021-ci ildə onunla bağlı çəkilən filmdə yenidən xatırlandı. Rejissor Tufan Taştan, ssenaristləri Taştan və Barış Bıçakçı, Barış Falay, Saygın Soysal kimi aktyorların rol aldığı "Sən, Mən, Lenin" filmi nümayiş olundu. Qaranlıq komediya janrında çəkilən film, turizm gəlirlərini artırmaq istəyən sahil qəsəbəsində Leninin heykəlinin tapılması, heykəlin diqqəti cəlb etməsindən sonra yerli bələdiyyənin heykəli şəhər meydanına qoyması və sonrakı dövrlərdə heykəlin oğurlanmasından sonra qəsəbədə iki polis əməkdaşının işindən bəhs edirdi. Filmin premyerasının Akçakocada keçirilməsi planlaşdırılsa da, o zaman yerli hökumət bunu bəyənməmişdi. Daha sonra Leninin büstü filmdə təsvir olunduğu kimi yoxa çıxdı. 2022-ci ildə dövrün bələdiyyə başqanı Mehmet Okan Yanmaz heykəlin itdiyini, ancaq ən qısa zamanda tapacağını açıqlayıb. 2024-cü il yerli seçkilərdə Albayrak yenidən bələdiyyə sədri seçiləndə məsələ bir daha gündəmə gəlib. Leninin büstü bələdiyyənin anbarında aparılan axtarışlar nəticəsində tapılıb. 32 il sonra aşkar edilən heykəl iyunun 21-də keçirilən tədbirdə sərgilənib. Həmin gün rayondakı amfiteatrda heykəlin maraqlı hekayəsindən qaynaqlanan “Sən, mən Leninəm” filmi də nümayiş olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm
Dava neft davasıdır: Yaxın Şərqdə savaşın taleyi həll olunur
13:21 16.03.2026
Aktual
Rusiyada "Telegram"ın bloklanmasına başlanılıb
13:16 16.03.2026
Dünya
Xaçmazda təqaüdçülərin kartlarını talayan şəxs tutulub
13:11 16.03.2026
Hadisə
Bakıda 53 yaşlı qadın doğuş zamanı ölüb
12:39 16.03.2026
Hadisə
İrandan Azərbaycan sərhədi ilə 4 nəfər təxliyə olunub - FOTO
12:34 16.03.2026
Dünya