Kiyevdə yaşayan Türkiyə vətəndaşı: “Ukrayna elə bir yerdir ki...”
Yusif Nəzərli
13:15 24.02.2022
Dünya
2974
Ukraynanın paytaxtı Kiyevdə yaşayan Türkiyə vətəndaşı Sercan Dönmez bu ölkədəki son vəziyyət barədə məlumat verib .
“Sherg.az” Habertürk-ə istinadən Sercan Dönməzin açıqlamasını təqdim edir:
“Dünən gecə Putin bizə artıq Kiyevdə olduğunu hiss etdirdi. Rusiyanın Kiyevi vuracağını son ana qədər düşünmürdük. Lakin dünən gecə saat 03:30-da çarpayımızdan bomba səsinə oyandıq.
Səhər insanlar marketlərə axışıb. Bankomatlar pul vermədiyi üçün uzun növbələr yaranıb. Ancaq metro və avtobuslar pulsuz işləyir. Saat 09:00-da həyəcan siqnalının səsini eşitdik. Bombaların düşməsinə baxmayaraq, indi həyat normaldır, ərzaq qıtlığı yoxdur, amma 2013-cü ildə Avropa hadisələrindən sonra bir həftə sonra un tapa bilmədik.
Qeyd edim ki, Ukrayna elə bir yerdir ki, mənim bütün şərhlərim 1 saatdan sonra faydasız ola bilər. İmkanı olanlar çamadanları, maşınları ilə ölkənin qərbinə yollanıblar. Oliqarxlar da buradan gediblər, Kiyev tamamilə boşalıb”.
Ukraynanın Lvov şəhərində yaşayan Ali Rıza Durmaz şəhərdəki son vəziyyəti belə izah edib:
"Əlaqədə böyük problem yoxdur. Zaman-zaman internet kəsilir, amma ciddi problemimiz yoxdur. Bura 1 milyona yaxın əhalisi olan şəhərdir.Polşaya yaxın olmaq da üstünlükdür. Bura digər rayonlardan da intensiv köç var. Konsolluqlar da buraya köçürülüb. Yanacaqdoldurma məntəqələrində çox uzun növbələr yaranıb. Taksi qiymətləri çox bahalaşıb”.
Çimnaz Şahlar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:09 18.11.2026
Dünya
Dövlət qulluğu üzrə daxili müsahibə elanı ləğv olunub
17:29 18.11.2026
Aktual
Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib
17:06 18.11.2026
Media
Numan Kurtulmuş Özgür Özəli ziyarət edəcək
16:57 18.11.2026
Siyasət
Bakıda və bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
16:54 18.11.2026
Ekologiya
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayılıb
16:30 18.11.2026
Dünya
Putin və Tramp Çində ayaqüstü söhbət ediblər
16:13 18.11.2026
Gündəm
Kino Agentliyi “Azərbaycanfilm” kinostudiyasına köçürüləcək
16:07 18.11.2026
Mədəniyyət
Yeni dünya düzəni qurulmur, Putinə isə imic lazımdır - ŞƏRH
16:04 18.11.2026
Gündəm