Xalq artisti Rasim Ocaqovun xatirəsi anılıb
10:35 22.11.2023
Mədəniyyət
1079
Bu gün Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, rejissor, operator, Dövlət mükafatı laureatı, Xalq artisti Rasim Ocaqovun anadan olmasının 90 illiyi tamam olur.
"Report" xəbər verir ki, bu münasibətlə tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri ikinci Fəxri xiyabana gələrək sənətkarın məzarını ziyarət edib, önünə əklil və tər çiçəklər düzüblər.
Anım mərasimində mədəniyyət nazirinin müavini Murad Hüseynov Azərbaycan kino sənətinə dəyərli töhfələr vermiş Rasim Ocaqovun mənalı ömür yolu və zəngin yaradıcılığı barədə danışıb. O qeyd edib ki, Rasim Ocaqovun sənəti, yaradıcılığı kino sənətimizin, xalqımızın dəyərli incisidir. Kinomuzu təkcə Respublikamızda yox, eyni zamanda beynəlxalq müstəvidə də tanıdıb. Çəkdiyi filmlər görkəmli sənətkarı yaşadıb və yaşadacaq.
Zamanın və kinonun dəyişdiyini söyləyən Xalq artisti Fəxrəddin Manafov deyib: “Təəssüflər olsun ki, heç nə əbədi deyil. Peşəyə gəlmək, aktyor olmaq, filmlərə çəkilmək olar. Amma lazımi olan zaman lazımi olan yerdə olmaq şansdır. Mən aktyor olacaqdım, lakin Rasim müəllim mənim həyatımı dəyişdi. Altı filmdə rol almışam. Mən o filmlərdə nəsə edə bilmişəmsə, bu mənim üçün böyük şərəfdir".
Rasim Ocaqovla birgə çalışmış Xalq artisti, kinorejissor Vaqif Mustafayev onunla bağlı xatirələrini bölüşüb: “Rasim Ocaqov haqqında ümumi söz demək mümkün deyil. Onunla ilk dəfə “Qatır Məmməd” filmində tanış olduq. Emin Sabitoğlu, Rasim Ocaqov və mən çox zaman Azərbaycan kinosunun gələcəyi barədə söhbətlər edərdik. Mənim çəkdiyim "Bəyin oğurlanması" filmini çox bəyənmişdi. Bundan sonra mən Rasim Ocaqovun bir daha sənətə və sənətkara necə həssas münasibətinin şahidi oldum”.
Xalq artisti Şəfiqə Məmmədova vurğulayıb ki, kino Rasim Ocaqovun varlığı idi. O qeyd edib ki, Rasim Ocaqov kino sənətimizdə bir ocaq yandırdı və bu ocaq heç zaman sönməyəcək.
Korifey sənətkarların heç vaxt unudulmayacağını söyləyən Xalq artisti Şeyx Əbdül Mahmudbəyov qeyd edib ki, onlar öz sənətləri ilə unudulmazdılar. Gərək geriyə dönüb baxanda yaxşı sənət əsərləri qoyub gedəsən. Bu mənada Rasim Ocaqov xoşbəxt sənətkardır.
Xalq artisti Oqtay Mirqasımov Rasim Ocaqovun Azərbaycan kinosunun inkişafı naminə gördüyü işlərdən söhbət açaraq, onun xatirəsinin hər zaman əziz tutulacağını vurğulayıb.
Anım mərasimdə çıxış edən natiqlər Rasim Ocaqovla bağlı xatirələrini bölüşüb və onun Azərbaycan kino tarixinə bəxş etdiyi bənzərsiz ekran əsərlərindən danışıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
16:53 29.06.2026
Dünya
Bakıda dörd yaşlı uşaq 5-ci mərtəbədən yıxılaraq ölüb
16:41 29.06.2026
Hadisə
Folklor kollektivləri üçün geyimlər hazırlanır
16:27 29.06.2026
Ölkə
Putin yanacaq böhranına görə benzinin ixracını qadağan etdi
16:12 29.06.2026
Gündəm