Fuad Muradov İsveçə səfərə gedib
Yusif Nəzərli
16:40 24.02.2022
Cəmiyyət
900
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar İsveç və Norveçdə keçirilən tədbirlərdə iştirak edəcək.
"Report" xəbər verir ki, Dövlət Komitəsi rəhbərliyinin fevralın 25-də Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyi tərəfindən təşkil edilmiş anım mərasimi və sərgidə iştirakı nəzərdə tutulur.
Sərgidə məşhur fotoqraf Mikael Silkebergin 2021-ci ildə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycana gələrək işğaldan azad olunmuş ərazilərdə lentə aldığı 30-dan artıq foto nümayiş etdiriləcək.
Səfər çərçivəsində İsveç rəsmiləri, burada fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndələri və yəhudi icmasının rəhbəri ilə görüşlər də planlaşdırılır.
Fevralın 27-da isə Dövlət Komitəsinin sədri Norveçin paytaxtı Osloda Norveç Azərbaycanlı Gənclər Təşkilatının nəzdindəki Nizami Gəncəvi adına həftəsonu məktəbində olacaq, daha sonra Dövlət Komitəsinin dəstəyi ilə “CAN” təşkilatının keçirdiyi Xocalı soyqırımına həsr olunmuş sərgi və anım tədbirində iştirak edəcək. Səfər çərçivəsində müxtəlif rəsmi şəxslər və Azərbaycan icmasının nümayəndələri ilə görüşlər də nəzərdə tutulur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:09 18.11.2026
Dünya
Dövlət qulluğu üzrə daxili müsahibə elanı ləğv olunub
17:29 18.11.2026
Aktual
Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib
17:06 18.11.2026
Media
Numan Kurtulmuş Özgür Özəli ziyarət edəcək
16:57 18.11.2026
Siyasət
Bakıda və bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
16:54 18.11.2026
Ekologiya
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayılıb
16:30 18.11.2026
Dünya
Putin və Tramp Çində ayaqüstü söhbət ediblər
16:13 18.11.2026
Gündəm
Kino Agentliyi “Azərbaycanfilm” kinostudiyasına köçürüləcək
16:07 18.11.2026
Mədəniyyət
Yeni dünya düzəni qurulmur, Putinə isə imic lazımdır - ŞƏRH
16:04 18.11.2026
Gündəm
Abşeronda yük maşınlarından 10 min manatlıq oğurluq edilib
15:57 18.11.2026
Hadisə