Gürcüstanla quru sərhədlərinin açılmasına hazırlıq gedir? - Millət vəkili açıqladı
15:43 07.08.2023
Aktual
842
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də “Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi (130,15 km) hissəsinin dörd zolağa genişləndirilməsi layihəsi” çərçivəsində yenidən qurulan, ümumi uzunluğu 102 kilometr olan Gəncə-Qazaxbəyli hissəsinin açılışında iştirak edib.
Bu xəbərdən sonra sosial şəbəkələrdə Azərbaycanla Gürcüstan sərhədlərinin açılacağına dair müzakirələr yer alıb.
Millət vəkili Vüqar Bayramov isə “Sherg.az”a açıqlamasında deyib ki, nəqliyyat şəbəkəsi və avtomobil yollarının yenidən qurulması dövlət üçün prioritet məsələlərdən biridir:
"Regionların sosial-iqtisadi inkişafına dair müvafiq dövlət proqramları çərçivəsində bu gün Azərbaycanda ən müasir yol-nəqliyyat infrastrukturu qurulur və irimiqyaslı layihələr icra olunur. Xüsusən də, beynəlxalq əhəmiyyətli yolların inşası və yaxud mövcud yolların yenidən qurularaq, müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm addımlar atılır. Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolunun Gəncə-Qazaxbəyli hissəsində yeni yolun qurulmasına gəldikdə isə onun tikilməsi ilə bağlı planlaşma və maliyyə ayrılması xeyli müddət əvvələ aiddir. Məqsəd isə ölkədaxili yol infrastrukturunun inkişafı və qonşu ölkələri birləşdirən avtomobil yollarıının beynəlxalq standartlara uyğun qurulmasından ibarətdir. Gələcəkdə digər istiqamətlərdə də avtomobil və dəmiryolu sisteminin yenidən qurulması və sistemləşdirilməsi prosesi davam etdiriləcəkdir. Quru sərhədlərin açılması isə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən bir qərardır. Ona görə də sözügedən yolun açılmasının quru sərhədlərinin açılmasına hazırlıq olduğunu zənn etmirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə