Əlcəzair Fransadan idxalı sıfıra endirir
Yusif Nəzərli
16:46 12.02.2025
Dünya
560
Fransa və Əlcəzair arasında artan diplomatik və siyasi gərginlik kontekstində, fransız kənd təsərrüfatı və ərzaq məhsullarının Əlcəzairə ixracı 2023-cü ildən bəri azalır. 2023-cü ildə Fransanın Əlcəzairə kənd təsərrüfatı və ərzaq məhsullarının ümumi ixracı 2022-ci illə müqayisədə iki dəfə azalıb. Ötən il bu nəticə daha da pisləşib.
Trend xəbər verir ki, bu haqda Fransa Kənd Təsərrüfatı Palatalarının baş iqtisadçısı Tyeri Puş “L'Opinion” qəzetinə verdiyi məlumatda deyib.
Bildirib ki, Fransadan Əlcəzairə 2022-ci ildə kənd təsərrüfatı məhsullarının ümumi ixracı 1,3 milyard avro təşkil edib. Ancaq son illər Fransanın Əlcəzairə ixracatı bir neçə sektorda kifayət qədər aşağı düşüb.
“2023-cü ilin sonuna qədər bu məbləğ iki dəfə azalaraq 628 milyon avroya çatdırılıb. Son illərdə azalma sabit şəkildə davam etsə də, 2023-cü ildə əhəmiyyətli dərəcədə sürətlənib. 2024-cü il üçün rəqəmlər hələ mövcud deyil, lakin daha ciddi tənəzzül gözlənilir”, - deyə iqtisadçı vurğulayıb.
2018-ci ildə Fransa Əlcəzairə 5,4 milyon ton taxıl və ya ehtiyacının 80-90 faizi nisbətində məhsul ixrac edib. 2021-ci ildə bu məbləğ 2,1 milyon tona, 2023-cü ildə isə cəmi 608 min tona düşüb. 2024-cü il üçün bu həcmlərin daha iki dəfə azalacağı bildirilir. Mütəxəssislər 2025-ci ildə bu həcmlərin sıfıra enəcəyini planlaşdırır.
Taxıl ixracatçıları birliyinin sözçüsü “Synacomex”in verdiyi məlumata görə, son illərdə Əlcəzairlə iş görmək çətinləşib, çünki əlaqələr diplomatik münasibətlərlə qarışıb.
Ötən oktyabr və dekabr aylarında başlayan iki tender çağırışında Əlcəzair Peşələrarası Taxıl Ofisi (OAIC) fransız buğdasını tələb etməyib. “Fransız şirkətləri artıq tenderə çağırılmır”, - deyə “Synacomex” təsdiqləyir.
Statistikaya görə, 2022-ci ildə Fransa Əlcəzairə 167 milyon avro dəyərində diri heyvan, ət üçün gənc mal-qara və ya süd istehsalı üçün nəzərdə tutulmuş düyələr ixrac edib. Ancaq 2023-cü ildə bu rəqəm 73 milyon avroya, 2024-cü ildə isə demək olar ki, ixracat baş tutmayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında 2 tankerdə partlayış oldu
19:26 12.11.2026
Gündəm
Bakıda oğurluq edən şəxslər saxlanıldı
19:10 12.11.2026
Hadisə
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm