MN-in sabiq rəisi və bölmə müdirinin əmlakları üzərinə qoyulan həbsin götürülməsi istənilib
Yusif Nəzərli
15:33 14.02.2025
Ölkə
535
Müdafiə Nazirliyinin Mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Elmar Məmmədov və həmin idarənin Əsaslı və cari təmir bölməsinin sabiq müdiri Rəhim Laçınovun cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.
Sherg.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttiham aktlnda qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərdə (Suqovuşan və Talış kənd) yeni hərbi hissələrdə binaların inşası zamanı ucuz və keyfiyyətsiz matriallardan istifadə olunub, cavabdeh şəxslər bu barədə məlumatlı olsalar da, aidiyyəti üzrə məlumat verməyiblər.
Məlum olub ki, 2021-2023-cü illər ərzində Suqovuşan və Talış kəndində tikintini həyata keçirən tender əsasında qalib olan şirkətə 5.281.066 manat ödəniş olunub. Həmin ödəniş əsasında şirkətə 248,825 manat əlavə pul köçürülüb. Bu vəsait dövlət büdcəsinə ödənildiyi üçün təqsirləndirilən şəxslərin ittiham olunduğu maddə tövsif olunub.
Sonra təqsirləndirilən şəxslər ifadə verib.
Onlar ifadəsində əlavə ödənişin olunmadığını, ümumiyyətlə, ödənişin bank üzərindən həyata keçirildiyini bildiriblər.
Onlar qeyd ediblər ki, bütün ərazilərdə tikinti gedib, hamısına nəzarət üçün imkan olmayıb.
İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi Şahin Cəfərov məhkəmədə çıxışı zamanı bildirib ki, dəymiş ziyan ödənilib:
“Müdafiə Nazirliyinə dəymiş ziyan tam şəkildə ödənilib. Şəxslərdən tələb və şikayətimiz yoxdur”.
Daha sonra şahidlər dindirilib.
Onlar ifadəsində tikinti zamanı baxış keçirdiklərini və bu barədə aidiyyəti üzrə məlumat verdiklərini bildiriblər.
Hər iki təqsirləndirilən şəxsin vəkilləri məhkəmədə müvəkkilərinin əmlakları üzərində olan həbsin götürülməsi üçün vəsatət qaldırıb.
Dövlət ittihamçısı Günay Əsgərova buna etiraz etməyib və qərarı məhkəmənin mülahizəsinə buraxıb.
Məhkəmə vəsatəti baxılmamış saxlayıb.
Proses fevralın 20-də davam etdiriləcək.
Qeyd edək ki, Elmar Məmmədov və Rəhim Laçınov ötən ilin avqust ayında saxlanılıb. Onlara Cinayət Məcəlləsinin 179.4-cü, 311.3.1-ci, 341.2.3-cü və digər maddələri ilə ittiham elan edilib. Hərbi Prokurorluğun təqdimatına əsasən, barələrində həbs qətimkan tədbiri seçilib.
İstintaq zamanı onların ittiham olunduqları maddə 341.2.3-cü maddəyə tövsif olunub və hər ikisi barəsində seçilən həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. Onlar ilkin istintaqda mənimsəmə epizodu ilə dövlətə dəymiş ziyanı tam şəkildə ödəməklə yanaşı 25% dövlət nəfinə pul köçürüblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə
Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb
15:13 12.11.2026
Gündəm