
BBC qərəzsizlik prinsipini unudub
03:01 06.09.2023
Media
1253
Kanal peşəkarlıq və media etikası kimi təməl dəyərlərə tüpürərək, Azərbaycan əleyhinə təbliğat aparır
BBC-nin Azərbaycan xidmətinin Qarabağla bağlı reportajları ictimaiyyətdə narazılıqlar yaradıb. Əksər ekspert hesab edir ki, media qurumu açıq-aşkar separatçılığı təbliğ etdiyinə görə ölkə üzrə fəaliyyəti dayandırılmalıdır. Çünki BBC-nin Azərbaycanda heç bir halda işğalın qalıqlarını və separatizmi dəstəkləməsinə, qondarma "Artsax" ifadəsini işlətməsinə göz yummaq olmaz. Məsələ ondadır ki, BBC post-sovet məkanında separatizmi daim qınayıb və onlara informasiya dəstəyi verməyib, lakin Azərbaycana qarşı ayrı-seçkilik sərgiləyib. Məhz Qarabağ məsələsində bu media qurumunun ikili siyasəti özünü daha qabarıq büruzə verməkdədir. Media qurumu hətta separatçılara söz haqqı verməkdən belə çəkinməyib. Halbuki bunu digər separatçı bölgələrdə heç vaxt etməyib. Prezidentin köməkçisi Hikmət Hacıyev də BBC-ni qərəzli olmaqda suçlayıb. Deyib ki, BBC öz nizamnaməsində "bütün materiallarında lazımi qərəzsizliyə nail olmağa sadiq olduğunu" bildirsə də, birtərəfli və qərəzli, aqressiv manipulyasiya və yalanın təbliği ilə məşğul olmaqdadır.
Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov "Sherg.az"a açıqlamasında bildirib ki, BBC Yayım Korporasiyası kimi nüfuzlu Qərb KİV-nin Qarabağ bölgəsindəki separatçıların maraqları naminə başdan-başa qərəzli və birtərəfli süjet hazırlayaraq bölgədə erməni separatizminin təbliğinə xidmət etməsi dərin təəssüf hissi doğurur.

Onun sözlərinə görə, sözügedən media qurumunun “müsahib” qismində Artak Beqlaryan kimi qatı separatçını danışdırmaları obyekiv media prinsiplərinə qəti şəkildə ziddir: "Ermənipərəst süjetin hazırlanması onu göstərir ki, BBC-nin münaqişələrin işıqlandırılmasında qərəzsizlik prinsipini bəyan etməsi əslində gözdən pərdə asmaqdan başqa bir şey deyil. Görünən budur ki, bu cür qlobal media korporasiyası Azərbaycana münasibətdə özünün pafosla təbliğ etdiyi qərəzsizlik prinsipini unudur və açıq-aşkar qərəzli mövqe tutur. Azərbaycanın məlum bölgəsindən süjet hazırlayan bir xarici telekanalın yalnız separatçıların mövqeyini qabartması, Azərbaycanın rəsmi şəxslərinin fikirlərinə isə yer ayırmaması klassik anlamda subyektivlik, qərəzlilik nümunəsidir. Bu olay BBC-nin hansı dairələrin maraqlarına xidmət etdiyini ortaya qoyur. Kanal peşəkarlıq və media etikası kimi təməl dəyərlərə tüpürərək, Azərbaycan əleyhinə təbliğat aparır. Bir az kobud dillə desək, BBC də bəzi media qurumları kimi “plintus”dan aşağı səviyyəyə enərək separatçılığın ruporuna çevrilir. BBC-nin rəhbərliyini özünün efir siyasətini bir daha nəzərdən keçirməyə çağırırıq. Çünki erməni separatizminin təbliğat “meydan”ına çevrilmək bu korporasiyaya heç də yaxşı perspektiv vəd etmir. Bir ovuc separatçıya görə Azərbaycanla münasibətləri korlamaq rasional mövqe deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət