"Azərbaycanda "reket jurnalistikasının banisi " adlandırıb. Guya fikrini də onunla əsaslandırıb ki , Həsən bəy qızı Pəri xanımın nişanlısı, gələçək kürəkəni Əlimərdan bəy Topçubaşovdan 10 min rubl başlıq istəyib. Bəli, belə bir fakt var, amma açıqlaması da bəllidir. Həsən bəyin bu tələbi mental, cürük dəyərlərə görə deyil, ailə qurmaq həvəsindəki gənclərin müstəqil, heç kəsdən iqtisadi asılı olmadan ailəsini yaşatmağa qadir olub- olmamasını yoxlamaq istəyib. Əlimərdan bəyin həmin vaxt ailəsini iqtisadi cəhətdən təmin etmək imkanları yox idi. Həsən bəy də buna görə toyun belə tez olmasına qarşı cıxıb. Qurulan ailənin məişət qayğıları ilə yaşamasını qəbul etməyib. Bu alilə daxili faktın "reket jurnalistikası" ilə nə əlaqəsi var?
Həsən bəyin fəaliyyətini düzgün qiymətləndirin! - Akif Aşırlı
09:33 29.11.2023
Media
825
Akif Aşırlı: "O, ömrünü İçərişəhərdəki evində quru bir divanın üstündə başa vurub"
Araşdırmaçı-jurnalist Samir Feyruzov feysbuk profilində Həsən bəy Zərdabi haqqında bir məlumatı paylaşıb. Jurnalist qeyd edib ki, Həsən bəy Zərdabi qızı Pəri xanımı Tbilisiyə aparıb və Pəri xanım Rus Gimnaziyasında təhsil almağa başlayıb. S.Feyruzov vurğulayıb ki, bir müddət sonra o, Əlimərdan bəylə (AXC-nin yaradıcılarından olan Əlimərdan bəy Topçubaşov) tanış olub: "Bir-birilərini sevirlər, sonda evlənmək qərarına gəlirlər. Bunu eşidən Həsən bəy Tbilisiyə yola düşür, Əlimərdan bəylə tanış olur. Əlimərdan bəyin geniş zəkası, istedadı onda müsbət təəssürat yaradır. Amma gözlənilməz bir hadisə baş verir, Həsən bəy Əlimərdan bəydən 10 min “başlıq pulu” istəyir. Əlimərdan bəy təəccüb içində qalır. Həsən bəy dediyindən dönmür və məsələ bir az da şişir. Sonda Pəri xanım atasına sərt şəkildə qızların əşya kimi pulla satılmasının yaxşı hal olmadığını və onun maarifçilik fəaliyyətinə yaraşmadığını bildirir. Evlənirlər. Pər xanım anası Hənifə xanıma ünvanladığı məktubda bu haqda geniş söhbət açır. Halbuki Həsən bəy “başlıq pulu”nun zərərli adət olduğunu yazır və bunun ziyanlı tərəflərini ictimaiyyət arasında qətiyyətlə təbliğ edirdi. Nə bilim, vallah...".
Jurnalist əlavə edib ki, Pəri xanım ömrünün sonuna qədər Ə.Topçubaşovun ən yaxın silahdaşı, əsas arxa-dayağı olur, onun mütərrəqi ideyalarının ən sadiq dostuna çevrilir: "Milli Mətbuatımızın banisi bir az da dirəşsəydi, bu evliliyə mane olacaqdı və Azərbaycan xalqı bəlkə də Topçubaşov kimi nəhəng tarixi şəxsiyyətin yetişməsindən məhrum olacaqdı. Allah rəhmət eləsin!".
Mətbuat tədqiqatçısı, tarix üzrə fəlsəfə doktoru, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı jurnalist Samir Feyruzovun statusuna cavab verib. Baş redaktor bildirib ki, Samir Feyruzov böyük mütəfəkkir, anadilli mətbuatımızın banisi Həsən bəy Zərdabinin anım günündə status paylaşıb. Çox təəssüf ki, Həsən bəyin fəaliyyətini düzgün qiymətləndirməyi bacarmayaraq, bu böyük düşüncə insanının ruhunu təhqir edib:
"Azərbaycanda "reket jurnalistikasının banisi " adlandırıb. Guya fikrini də onunla əsaslandırıb ki , Həsən bəy qızı Pəri xanımın nişanlısı, gələçək kürəkəni Əlimərdan bəy Topçubaşovdan 10 min rubl başlıq istəyib. Bəli, belə bir fakt var, amma açıqlaması da bəllidir. Həsən bəyin bu tələbi mental, cürük dəyərlərə görə deyil, ailə qurmaq həvəsindəki gənclərin müstəqil, heç kəsdən iqtisadi asılı olmadan ailəsini yaşatmağa qadir olub- olmamasını yoxlamaq istəyib. Əlimərdan bəyin həmin vaxt ailəsini iqtisadi cəhətdən təmin etmək imkanları yox idi. Həsən bəy də buna görə toyun belə tez olmasına qarşı cıxıb. Qurulan ailənin məişət qayğıları ilə yaşamasını qəbul etməyib. Bu alilə daxili faktın "reket jurnalistikası" ilə nə əlaqəsi var? Həsən bəy Zərdabi bəy oğlu idi, Göycay ərazilərində iri torpaq mülkiyyətçilərindən biri olub. Amma bütün varını , imkanlarını xalqının maariflənməsinə, tərəqqisinə, inkişafına yönəldib. Ömrünu də İçərişəhərdəki evində quru bir divanın üstündə başa vurub. Dəfnində natiqlərdən biri deyirdi ki, "Həsən bəy bəy gəlib, bəy gə getdi". İstəsəydi nəinki Bakının, Qafqazın varlılarından, milyonçularından biri olardı, istəmədi. Bəy kimi bütün varını xalqının yolunda sərf elədi. Əlimərdan Topçubaşov da Həsən bəy haqqında ən dəyərli əsərini Parisdə yazıb, "Azərbaycanın mayakı ".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət