“Kreativ Media - Bakı” adlı məzmun müsabiqəsi elan edilir
13:37 04.11.2023
Media
1068
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Kreativ Media - Bakı” adlı məzmun müsabiqəsi elan edilir. Qeyd edək ki, məzmun müsabiqəsi jurnalistika və kommunikasiya ixtisasında təhsil alan və bu sahəyə marağı olan gənclər üçün “MEDİAlab” layihəsi çərçivəsində həyata keçirilir.
Müsabiqənin keçirilməsində məqsəd gənclərin:
● yaradıcı düşüncəsini inkişaf etdirmək;
● müasir media çağırışlarına uyğun yeni ideyaların formalaşması və məzmun istehsal etmə bacarıqlarının inkişafı üçün əlverişli mühit yaratmaq;
● komanda ilə işləmə bacarıqlarını təkmilləşdirməkdir.
Müsabiqəyə hazırda ali təhsil müəssisələrində təhsil alan gənclər üç nəfərdən ibarət komandalar şəklində qatıla bilər.
Müsabiqəyə müraciət zamanı komandalar təqdim edir:
● 7.000-10.000 (yeddi-on min) simvoldan ibarət materialın yer aldığı xüsusi dizayn edilmiş 2 səhifədən ibarət onlayn qəzet nümunəsi və ya
● müddəti 5 dəqiqədən artıq olmayan reportaj.
Müsabiqəyə onlayn qəzet nümunəsi təqdim edən komandanın tərkibi redaktor-müxbir, dizayner və korrektordan, reportaj təqdim edən komandanın tərkibi redaktor-müxbir, operator və montajçıdan ibarət olmalıdır.
Müvafiq material və ya reportajın mövzusu aşağıdakılardan biri olmalıdır:
● “Böyük Qayıdış”;
● Rəqəmsal dövrdə media savadlılığı;
● 4-cü Sənaye İnqilabı və media.
Qiymətləndirmə meyarları ilə tanış olun!
● materialın yaradıcı, orijinal və maarifləndirici əhəmiyyətli olması;
● rəqəmsal alətlərdən uğurlu istifadə, müasir standartlara uyğun tərtibat, dizayn (montaj);
● materialın jurnalistikanın prinsiplərinə uyğunluğu;
● plagiat və ya emal olunmamış informasiyanın (copy-paste) həcmi.
Meyarların hər biri maksimum 10 (on) bal təşkil edir.
Qiymətləndirmə hər kateqoriya (onlayn qəzet nümunəsi və ya reportaj təqdim edən) komandalar üzrə ayrı-ayrılıqda aparılır və hər bir kateqoriyada 1 (bir) komanda olmaqla ümumilikdə 6 (altı) nəfər qalib elan olunur.
Qaliblər:
● 2 (iki) həftə müddətində işlərinin təkmilləşdirilməsi və təqdim etmə bacarıqlarının inkişafı üçün mentorların köməyilə təcrübə keçəcək;
● geniş auditoriya qarşısında öz işlərini nümayiş etdirmək imkanı əldə edəcək;
● müxtəlif hədiyyələr qazanaraq sertifikatla təltif olunacaqlar.
Müsabiqəyə müəyyən edilmiş müddət ərzində qeyd edilən linkdə elektron qeydiyyat formasını dolduraraq müraciət edə bilərsiniz.
Müraciət zamanı onlayn qəzet səhifəsinin “.pdf” versiyası və ya reportaj link formasında (wetransfer, sendgb və s. proqramlar vasitəsilə hazırlanan link) qeydiyyat bölməsində yerləşdirilməlidir.
Müraciət üçün son tarix: 18 noyabr 2023-cü il
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət