MEDİA-dan “Der Standard”ın yaydığı saxta xəbərlə bağlı AÇIQLAMA
MEDİA-dan “Der Standard”ın yaydığı saxta xəbərlə bağlı AÇIQLAMA
Yusif Nəzərli
11:16 23.10.2023
Media
981
Avstriyanın “Der Standard” qəzeti 21.10.2023-cü il tarixində “Dağlıq Qarabağda etnik təmizləmə təhlükəsi” başlıqlı reportaj yayımlamışdır.
Materialın müəllifi, telejurnalist Jo Angerer heç bir araşdırma aparmadan müxtəlif detalları fakt kimi təqdim edərək bu ilin sentyabrın 19-da Azərbaycanın öz ərazisində beynəlxalq hüququn norma və prinsiplərini əsas götürərək apardığı lokal antiterror əməliyyatı barədə yanlış təəssürat yaratmışdır. Jurnalist auditoriyanı yönləndirmək məqsədi ilə xəbərin miqyası və məzmunundan daha çox onun şərh hissəsini manipulyasiya predmetinə çevirmiş, qarşı tərəfin rəyini nəzərə almayaraq jurnalistikanın balans prinsipini pozmuş, bölgədəki mövcud vəziyyəti obyektiv ifadə etməyən birtərəfli material hazırlamışdır.
"Sherg.az" xəbər verir ki, Azərbaycan Respublikasının müvafiq rəsmi hakimiyyət orqanları hansı media subyektində çalışmasından və hansı ölkəni təmsil etməsindən asılı olmayaraq bütün jurnalistlərin informasiya əldə etmək hüququna hörmətlə yanaşır və jurnalist sorğularının operativ cavablandırılmasına hər zaman hazırdır. Vurğulamaq istərdik ki, nə “Der Standard” qəzeti, nə də Jo Angerer lokal antiterror əməliyyatı ilə bağlı Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarına heç bir müraciət etməmişdir.
Qeyd edək ki, adıçəkilən qəzetdə verilmiş reportajda lokal antiterror əməliyyatı zamanı mülki əhalinin itkilərinin olması barədə uydurma versiyanın irəli sürülməsi saxta xəbərdir (“feyk nyus”). Belə ki, reportajda dəfələrlə Azərbaycan Respublikasının dəvəti ilə bölgədə səfərdə olaraq monitorinqlər aparmış Birləşmiş Millətlər Təşkilatının (BMT) missiyasının lokal antiterror əməliyyatı zamanı mülki əhaliyə heç bir ziyan dəymədiyi və bununla bağlı hər hansı fakt qeydə alınmadığı barədə rəyi belə nəzərə alınmamışdır. Xatırlatmaq istərdik ki,
BMT-nin, Beynəxalq Qırmızı Xaç Komitəsinin və digər beynəlxalq təşkilatların əməkdaşları erməniəsilli sakinlərin Azərbaycan Respublikasının hərbi qüvvələri tərəfindən qovulması və onlara qarşı zor tətbiq edilməsi ilə bağlı heç bir hal təsdiq etməmişdir. Habelə erməniəsilli şəxslər bölgəyə gəlmiş beynəlxalq media subyektlərinə, eyni zamanda Ermənistanın aparıcı media qurumlarına verdikləri çoxsaylı açıqlamalarında mülki əhaliyə heç bir ziyan dəyməməsi faktını dəfələrlə vurğulamışlar.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi olaraq “Der Standard” qəzetində şəxsi, subyektiv siyasi mülahizələr əsas götürülərək reallıqları təhrif edən, media etikası və jurnalistin peşəkarlığı prinsipləri ilə bir araya sığmayan materiala yer verilməsinin təəssüf hissi doğurduğunu bildirir, eyni zamanda sözügedən qəzeti Azərbaycan Respublikasının rəsmi mövqeyini nəzərə alaraq regionumuzda mövcud siyasi reallıqlar barədə material hazırlamağa çağırırıq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət