“MEDİAlab” layihəsi çərçivəsində şəbəkələşmə görüşü + FOTOLAR
15:30 02.10.2023
Media
1203
4 ali təhsil müəssisəsinin
jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan gənclər üçün şəbəkələşmə görüşü, vörkşop və “newslab” təşkil olunub.
Bu barədə "Sherg.az"a Medianın İnkişafı Agentliyindən məlumat verilib.
Bildirilib ki, "MEDİAlab” layihəsi çərçivəsində baş tutan görüş Agentlik, həmçinin Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tərəfdaşlığı ilə həyata keçirilib.
Şəbəkələşmə tədbirinin qonağı aparıcı və diktor Rafiq Həşimov görüş zamanı televiziya və jurnalistika sahəsində olan təcrübəsindən danışıb, ərsəyə gətirdiyi sənədli filmlər haqqında gənclərə məlumat verib. İnteraktiv formada təşkil edilən tədbirdə gəncləri maraqlandıran suallar da cavablandırılıb.
Sonra “MEDİAlab” layihəsi çərçivəsində jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan gənclər üçün Real TV-nin montaj rejissoru Qafar Məhərrəmov tərəfindən “Media ilə əlaqədar alətlərdən istifadə qaydaları-montaj” mövzusunda vörkşop keçirilib. İnteraktiv formada təşkil edilən vörkşop zamanı Qafar Məhərrəmov montajın yaranma tarixi və növləri, professional montaj proqramları və onlarla işləmə prinsipi haqqında məlumat verib və bu sahədə olan təcrübəsindən danışıb, gəncləri maraqlandıran sualları cavablandırıb.
Layihə çərçivəsində gənclər üçün aparıcı Rüstəm İbadov tərəfindən yaradıcı düşünmə, məzmun istehsalı və xəbər hazırlanması ilə bağlı bacarıqların inkişafı məqsədilə “newslab” da təşkil edilib. Layihənin davamında iştirakçılar qruplar şəklində maraqlı xəbərlər hazırlayaraq təqdimat ediblər. Sonda ən maraqlı xəbər hazırlayan gənclərə hədiyyələr təqdim olunub.
Qeyd edək ki, “MEDİAlab” layihəsinin məqsədi media sahəsində innovasiya və inkişaf yönümlü fəaliyyətin davamlılığının təmin edilməsi, təhsil prosesində ənənəvi medianın rəqəmsal mediaya inteqrasiyasının dəstəklənməsi, müvafiq sahədə işçi qüvvəsinin keyfiyyətinin yüksəldilməsi, peşə və kvalifikasiya standartlarına dair təkliflərin hazırlanması, texnoloji transformasiya zəncirinin əsas halqalarından olan insan resurslarının inkişafı istiqamətlərində ali təhsil müəssisələri, media subyektləri və dövlət qurumları arasında effektiv və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması və genişləndirilməsidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət