Mətbuat Şurası ilə Kərkük Kültür Dərnəyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb
08:20 01.11.2023
Media
782
Oktyabrın 31-də Azərbaycan Mətbuat Şurası ilə Kərkük Kültur Dərnəyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Bu, İraqın Kərkük elindən ölkəmizə təşrif buyurmuş nümayəndə heyətinin də iştirakı ilə Şurada keçirilmiş toplantıda baş tutub.
Sherg.az xəbər verir ki, MŞ sədri Rəşad Məcid qonaqları salamlayaq Azərbaycanın türk dünyası ilə mədəni əlaqələrindən söz açıb. O, türk coğrafiyasındakı jurnalistlərin biri-biriləri ilə sıx əməkdaşlıq etdiklərini diqqətə çatdırıb. İraqın Kərkük bölgəsindəki media qurumları ilə yaxınlığın da bu mənada mühüm əhəmiyyət daşıyacağına ümidvar olduğunu bildirən R.Məcid ümumən Azərbaycanla Kərkük arasında bağların yaranmasında və güclənməsində, habelə ortaq türk dəyərlərinin təbliğində Kərkük Kültür Dərnəyinin, onun rəhbəri Şəmsəddin Kuzəçinin böyük və fədakar əməyinin olduğunu vurğulayıb. MŞ sədri Ş.Kuzəçinin rəhbərlik etdiyi qurum tərəfindən təltif olunduğunu diqqətə çatdırıb və Şuranın diplomunu ona təqdim edib.
Ş.Kuzəçi etimada və əməyinə verilən qiymətə görə Mətbuat Şurasına təşəkkürünü bildirib. O, qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin vacibliyindən söz açaraq, Mətbuat Şurası ilə Kərkük Kültür Dərnəyinin imzaladığı Əməkdaşlıq Memorandumunun başlanılmış işin daha da sistemləşdirilməsinə dəstək baxımından əhəmiyyətini əsaslandıran məqamları sadalayıb.
MŞ sədrinin müavini Vüqar Zifəroğlunun, Şuranın İdarə Heyətinin üzvləri Azər Həsrətin və Yadigar Məmmədlinin də qatıldıqları toplantının iştirakçıları, həmçinin İraqdan gəlmiş qonaqlar Kərkük türklərinin türk dünyasına inteqrasiyasındakı xüsusiyyətlərdən söz açaraq, ortaq tarixin və mədəniyyətin və ənənələrin daha geniş platformalarda təbliğinə ehtiyacın duyulduğunu bildiriblər. Toplantıda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, MŞ ilə Kərkük Kültür Dərnəyi arasında imzalanmış Əməkdaşlıq Memorandumunda ortaq dəyərlərin və prinsiplərin təbliği istiqamətində media subyektləri tərəfindən keyfiyyətli xəbər istehsalının təmin edilməsinə əməli dəstək məqsədilə layihələr hazırlamaq və onları icra etmək, birgə beynəlxalq əməkdaşlıq perspektivlərinin artırılması, xarici təcrübənin tətbiqi imkanlarının araşdırılmasına yönələn tədbirlər görmək və sair məsələlər əksini tapıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət