MŞ iclası keçirilib
15:44 13.06.2024
Media
918
Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib.
Şuradan verilən xəbərə görə, iclasda Şuranın Şikayətlər üzrə Komissiyasının sədri Vüqar Zifəroğlu bildirib ki, ötən müddətdə 5 şikayətə baxılıb.
Həmin şikayətlərin yalnız biri əsasında qərar layihəsinin İdarə Heyətinin müzakirəsinə təqdim edildiyini bildirib.
Müzakirələrdən sonra “AzEstetik Group” MMC-nin “Publika.az”, “Moderator.az”, Bakunews.az”, “Hakimiyyet.info” saytlarında gedən yazılarla bağlı şikayəti əsasında qərar çıxarılıb. Qərarda adı çəkilən saytların “AzEstetik Group” MMC-nin fikirlərinin təqdimatına hazır olduqları əksini tapıb. Bu media orqanlarının tənqidi materialda tənqid obyektinin fikirlərinin təqdimatına həssas yanaşmalarının, bu, mümkün olmadıqda isə məsələ barədə cəmiyyəti məlumatlandırmalarının vacibliyi vurğulanıb.
MŞ-nin icraçı katibi Əvəz Rüstəmov bildirib ki, fəaliyyəti şikayət doğuran bir çox media orqanları qarşı tərəfin mövqeyinə aydınlıq gətirmədən materiallar hazırlayır və yayırlar. Bu, geniş hal alıb və çoxsaylı şifahi şikayətlərin də motivini təşkil edir.
"Şura materialı narazılıq doğurmuş media orqanları ilə əlaqə saxlayır. Onlar bildirirlər ki, qarşı tərəfin mövqeyini yayımlamağa hazırdırlar. Lakin bir çox hallarda bu, şikayətçi üçün yetərli olmur. Buna görə də material yayıma hazırlanarkən qarşı tərəfin mövqeyi öyrənib bildirilməlidir", - məlumatda qeyd olunub.
Fəaliyyəti narazılıq doğurmuş media orqanları isə izahatlarında qarşı tərəflə heç cür əlaqə saxlaya bilmədiklərini, dəfələrlə buna cəhd göstərdiklərini diqqətə çatdırırlar. Buna görə də Mətbuat Şurası adından media orqanlarına qarşı tərəfin mövqeyinə aydınlıq gətirməklə yanaşı, eləcə də informasiya mənbələrinə media ilə əməkdaşlığı gücləndirmək xüsusunda müraciətin ünvanlanması vacibdir. Bu, media-cəmiyyət əlaqələrinin güclənməsi baxımından zəruridir.
Mətbuat Şurası bu qənaətdədir ki, fəaliyyəti ictimai əhəmiyyət daşıyan qurumlar, eləcə də biznes dairələri mətbuat və ictimaiyyətlə əlaqələrə diqqət yetirməlidirlər, jurnalist sorğularına həssas yanaşmalıdırlar. Jurnalistlər isə tənqid obyekti kimi götürdükləri fiziki və hüquqi şəxslərə münasibətdə eyni həssaslığı nümayiş etdirməlidirlər.
İclasda o da bildirilib ki, bir çox şikayət müəllifləri Mətbuat Şurasına şikayət etməklə yanaşı, eyni anda məhkəmələrə də üz tuturlar. Şuranın Katibliyi araşdırma prosesində bunu müəyyənləşdirir. Belə olduqda şikayətlərə baxıla bilməz. Çünki MŞ-nin Nizamnamə tələbləri buna imkan vermir. Bu səbəbdən məsələyə ictimai diqqətin artırılması vacibdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
17:33 13.10.2026
Gündəm
Tramp Rusiyanı qızışdırdı, Ukraynanın itkiləri artacaq - ŞƏRH
17:26 13.10.2026
Gündəm
Günə enerjili başlamaq üçün 9 səhər vərdişi
17:16 13.10.2026
Sağlamlıq
Dövlət Baxçalı Kılıçdaroğlu ilə görüşüb
17:09 13.10.2026
Siyasət
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil