Prezident seçkilərində namizədlikləri qeydə alınmış şəxslərlə bağlı saxta hesablar barədə tədbir görülür - BİRGƏ MƏLUMAT
11:00 08.01.2024
Media
747
"Bir sıra sosial şəbəkə seqmentlərində Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədlikləri qeydə alınmış şəxslərlə bağlı saxta hesablar yaradılır və onların adından həqiqətə uyğun olmayan məlumatlar yayılır".
Bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin açıqlamasında bildirilib.
Qeyd edilib ki, seçkilər ərəfəsində bu tipli fəaliyyət məqsədyönlü şəkildə ictimai rəyi çaşdırmağa, namizədlərin reputasiyasını ləkələməyə yönəlmiş addımdır.
"İctimaiyyəti belə yalan və təxribat xarakterli paylaşımlara inanmamağa, yalnız prezidentliyə namizədliyi qeydə alınmış şəxslərin rəsmi açıqlamalarını və onların sosial media hesablarında yerləşdirilmiş məlumatları əsas götürməyə çağırırıq. Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən kampaniyaların təsirinə düşməmək üçün sayıq olmağa səsləyirik. Qeyd olunan saxta hesabların mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir", - məlumatda vurğulanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət