Qulu Məhərrəmli: Efirə çıxardılanların əksəriyyətinin savadı, dünyagörüşü və hazırlıqları yoxdur
12:47 15.05.2024
Media
1098
Əməkdar artist Bəhram Bağırzadə aparıcılarla bağlı qalmaqallı açıqlama verib. Axşam.az xəbər verir ki, aktyor bu haqda "Künc-bucaq" yutub layihəsində deyib. O, aparıcıları savadsız adlandırıb:
"Aparıcılar məni qane etmir. Aytən Səfərova danışdı, tənqid etdi. Deyir ki, aparıcıların günahı yoxdur. Onları efirə buraxanlar günahkardır. Bunu mən 10 il əvvəl demişəm. Veriliş aparan aparıcı mənə nə məlumat verə bilər? Aparıcıların IQ-sü çox aşağı səviyyədədir. İstəyirəm ki, məndən yüksən olan insan dinləyim, ondan nəsə götürüm. Primitiv çayxanada olan söhbəti, ləhcəsi ilə mənə nə verəcək? Maraqlı olan insanları verilişə dəvət etmirlər".
Bəhram Bağırzadənin sözlərində həqiqətlərin olduğunu deyən tanınmış teletənqidçi, BDU-nun "Multimedia və elektron kommunikasiya” kafedrasının rəhbəri Qulu Məhərrəmli “Sherg.az”a bildirib ki, efirə çıxardılanların əksəriyyətinin savadı, dünyagörüşü və hazırlıqları yoxdur:
"Əslində, bu cəmiyyətin ən böyük problemlərindən biridir. Məsələn, alim, tarixçi, fizikin iddia etdiyi bir çox hədəflər var, lakin onun dünyagörüşü, savadı yüksək səviyyədə deyil. Bu tendensiya televiziyada da bu cür davam edir. Xəbər, veriliş aparıcılarının bir çoxunun predment haqqında bilgisi və ümumi ictimai baxışı zəifdir. Efirə bu cür adamlar çıxardıldıqda izləyicilər məyus olurlar. Təbii ki, efirə dəvət olunan intellektual adam istəyir ki, qarşısındakı aparıcı ona yaxşı suallar verməyi bacarsın. Səhər proqramında çalışan vaxtlar qoyduğumuz əsas tələblərdən biri aparıcıların intellektual səviyyəsinin yüksəkliyi idi. Onlar da bunun öhdəsindən layiqincə gəlirdilər. Məsələn, Mikayıl Abdullayev, Rafael Hüseynov, Nəsibə Zeynalova kimi sənətkarlarla müsahibələr çox səviyyəli alınırdı. Çünki Esmira Çərkəzqızı, İlhamiyyə Rzayeva, Zöhrə Əliyeva, Sevil Nuriyeva, Roza Tağıyeva kimi yüksək intellektual aparıcılar var idi. Lakin hər kəsə savadsız kimi baxmaq da olmaz".
Professor vurğulayıb ki, tənqid olunan şou aparıcıları arasında yüksək intellektli şəxslər də var:
"Məsələn, ATV-də fəaliyyət göstərən Zaur Bəxşəliyev predmenti dəqiq bilən, səviyyəli, televiziyadan xəbəri olan maraqlı biridir. Apardığı verlişin məzmununu kənara qoymaq lazımdır. Həmçinin, Lalə Azərtaş. O, uzunmüddət səhər proqramında yanımda çalışıb. Fikrimcə, Lalə də çox biliklidir. Amma televiziyanın onlara hansı status və mövqe verməsi müzakirə ediləcək mövzudur. Ona görə də xarici görkəmlə efirə aparıcı seçmək hər şeyi həll etmir. Dünyada aparıcılar bilikləri, səviyyələri ilə ad qazanır. Bu səbəblə də televiziyalarımızın intellektual göstəricisi yüksəldilməlidir. Aparıcılar fəaliyyət göstərdikləri televiziyanın təmsilçiləri sayılır. Bunun üçün də prodüserlər, televiziya rəhbərləri həmin nüanslara xüsusi diqqət etməlidir ki, tamaşaçı kanaldan və aparıcıdan üz döndərməsin".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
17:33 13.10.2026
Gündəm
Tramp Rusiyanı qızışdırdı, Ukraynanın itkiləri artacaq - ŞƏRH
17:26 13.10.2026
Gündəm
Günə enerjili başlamaq üçün 9 səhər vərdişi
17:16 13.10.2026
Sağlamlıq
Dövlət Baxçalı Kılıçdaroğlu ilə görüşüb
17:09 13.10.2026
Siyasət
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil