Rəqəmsal yayıma keçid: Azərbaycan üçün prioritet hədəf - Qulu Məhərrəmli
15:32 13.10.2023
Media
1209
Nazirlər Kabineti “Rəqəmsal radio yayımının tətbiqi və inkişafı üzrə Tədbirlər Planı”nı təsdiq edib.
Bu barədə müvafiq sərəncamı Baş nazir Əli Əsədov imzalayıb.
Sənədə əsasən, rəqəmsal radioyayıma keçidlə əlaqədar Avropa İttifaqı və digər inkişaf etmiş ölkələrdə DAB+ standartlı rəqəmsal radionun tətbiqinə başlanılması Azərbaycanda da bu standarta keçidlə əlaqədar müvafiq tədbirlərin görülməsini zəruri edib.
Sözügedən keçidin məqsədi radioyayım sahəsində rəqəmsallaşmanın təmin olunması, tezlik resurslarından səmərəli istifadə, ölkə ərazisində müasir və daha keyfiyyətli radio yayımının tətbiqi, yeni növ rəqəmsal informasiya xidmətlərinin təşkili, eləcə də efir məkanının təhlükəsizliyinin gücləndirilməsinə nail olmaqdır.
2019-cu ilin 26 avqust tarixindən etibarən Bakı şəhərində və Abşeron yarımadası ərazisində DAB+ standartında rəqəmsal radionun test yayımı həyata keçirilir.
Tədbirlər Planının icrası nəticəsində 2026-cı ilə qədərrespublikanın şəhərlərinin və rayon mərkəzlərinin, həmçinin magistral avtomobil yollarının təxminən 70%-nin, 2027-ci ildə ölkə ərazisinin 99,6%-nin rəqəmsal radio yayımı ilə əhatə olunması nəzərdə tutulur. Prosesin yekunu olaraq ölkə ərazisində rəqəmsal radio yayımına tam keçid təmin ediləcək.
Keçid zamanı rəqəmsal radio ilə təchiz olunmuş nəqliyyat vasitələrinin sayı, DAB+ radioqəbuledici qurğuların satışda kifayət qədər olması, həmçinin əhalinin məlumatlılıq səviyyəsi nəzərə alınacaq.
Eyni zamanda rəqəmsal radio avadanlıqların ölkəyə idxalının təşviq edilməsi və yayımçılara dəstəyin göstərilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.
Məsələ ilə bağlı "Sherg.az"a açıqlamasında tanınmış telejurnalist, professor Qulu Məhərrəmli ölkə ərazisinin tamamilə rəqəmsal radio yayıma keçməsinin Azərbaycan üçün prioritet hədəf olduğunu vurğulayıb:
“2015-ci ildə qəbul olunan qərara görə Azərbaycan ərazisi 2020-ci ilə qədər tamamilə rəqəmsal radio yayıma keçirilməli idi. Amma bu mövzuda sərhədlərin müəyyənləşdirilməsi kimi müəyyən problemlər oldu. Rəqəmsal yayım həm keyfiyyətinə, həm də siqnalların çatdırılmasına görə bütün dünyada qəbul edilən sistemdir. Bu formaya keçid məlumatların və səs siqnallarının keyfiyyətinin yüksəlməsinə səbəb olacaq. Ancaq keçid üçün radioların, televizyaların avadanlıqları rəqəmsal olmalıdır. Analoqla çəkilən materialların yenidən rəqəmə çevrilməsi və onu siqnala çevirərək yaymaq sistemi özünü doğrultmur. Radio və televiziyaların hər biri rəqəmsal yayıma keçid etməlidirlər. Ölkə ərazisində belə televiziyalar var. Amma sayları çox azdır. Nazirlər Kabinetinin qərarı ilə yəqin ki pillə-pillə bu problemlər aradan qaldırılacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət