Speys TV-yə xəbərdarlıq edildi
18:08 28.12.2023
Media
803
Audiovizual Şura materialı icazəsiz və istinadsız yayımladığına görə “Speys TV”yə xəbərdarlıq edib.
Sherg.az xəbər verir ki, Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn formatda iclası keçirilib. İclasda Audiovizual Şuraya 26 dekabr 2023-cü il tarixdə aparılmış monitorinq zamanı Speys TV kanalının efirində aşkarlanmış qanun pozuntusu faktı müzakirə olunub.
Şuradan verilən xəbərə görə, 11 dekabr 2023-cü il tarixində APA TV-nin efirində yayımlanmış “Ekstra müsahibə” proqramından video-görüntülər 25 dekabr 2023-cü il tarixdə saat 22.09-da “Speys Müstəqil Televiziya və Radio Şirkəti” MMC-nin Speys TV televiziya redaksiyasının efirində “Gül kimi Şou” proqramında müəllifə istinad edilməyərək yayımlanıb.
Bununla da “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 13.2-ci maddəsinin tələbi (abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər) pozulub.
Aparılan müzakirələrdən sonra Audiovizual Şura “Speys Müstəqil Televiziya və Radio Şirkəti” MMC-yə bir daha belə halın təkrarlanacağı təqdirdə inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib. Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən “APAMARK” MMC-nin bu halla əlaqədar məhkəmə qaydasında öz hüquqlarının müdafiə etmək səlahiyyəti də var.
Azərbaycan Respublikası Audiovizual Şurası bütün yayımçılardan bir-birinin müəllif hüquqlarına hörmət etməyə, digər yayımçıların proqramlarını (və ya onların hissələrini) yayımlayarkən mütləq şəkildə onlara istinad verilməsini təmin etməyə çağırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət